İnzibati hüquq
167
üsullarına tabe etdirilməlidir.
355
Liberal dövrdə dövlәtin (inzibati orqanların)
fәaliyyәt sahəsi milli müdafiə vә mühafizə fəalliyyəti ilə yanaşı, sadəcə, şəxs -
lərin gücü çatmadığı və ya sərfəli olmadığı üçün icra etmədikləri fәaliyyәtləri
də əhatə edirdi. Məsələn poçt kimi. Bu səbəbdən də inzibati orqanlar ictimai
ehtiyacları ödəmək üçün birbaşa əmr vә məsuliyyətləri ilə üstün vә imtiyazlı
üsullar tətbiq etməklə bu fәaliyyәtləri icra edirdi. Dolayısıyla, liberal dövlət
mərhələsində ictimai xidmətlərə orqanik, maddi vә forma meyarlarından bəra -
bər istifadә etməklə tərif vermək mümkün olurdu. Buna görә də ictimai xidmət -
lər idarəetmə orqanlarının ictimai marağı tәmin etmәk üçün ictimai idarəetmə
metodları ilə icra etdiyi fәaliyyәtlərdir.
Sosial dövlәt anlayışının mənimsənməsi ilə dövlәt ekonomik vә sosial hә -
yata olduqça çox müdaxilə etməyə başladı. Dövlət əvvəllər xüsusi hüquq şəxs -
lərinin apardığı fәaliyyәtləri dә icra etməyə başladı vә bunun nəticəsində idarə -
etmə orqanlarının fәaliyyәt sahəsi xeyli genişləndi. Bunun nəticəsində liberal
dövrdə ictimai xidmətin tәrifində istifadə olunan maddi vә forma meyarları ara -
sındakı əlaqə də silinməyə başladı, getdikcə aradan qalxdı. Başqa sözlə, artıq bu
üç meyara söykənərək ictimai xidmətə tərif vermək mümkün olmurdu.
Birincisi, orqanik meyar mütləq olmaqdan çıxdı, yəni fәaliyyәtin ictimai
xidmət sayıla bilməsi üçün onu mütləq klassik inzibati qurumların icra etməsi
şərti artıq tələb olunmadı. Bu gün bütün ictimai xidmətlərin imtiyaz üsulu ilə
xüsusi hüquq şəxslərinə tapşırıla biləcəyi qəbul edilir. Ayrıca ictimai xidmət -
lərin, sadəcə, rəsmi qurumlar (mərkəzi administrasiya - yerli idarələr vә başqa
administrativ qurumlar) vasitəsilə deyil, eyni zamanda ictimai qurumlar, ictimai
- xüsusi qarışıq qurumlar vә ya xüsusi qurumlar vasitəsi ilə dә icra edilə biləcə -
yi qəbul olunur. Ancaq, klassik inzibati qurumların icra etməsi qaydası aradan
qalxmaqla yanaşı, bu xidmәtlәri kimin və hansı metodla aparmasından asılı
olmayaraq, bunlar üzərində daim inzibati orqanın nәzarәt sәlahiyyәti davam
edəcək; ictimai mənafeyin təmin edəlməsinə məsul olan orqan bu nəzarəti icra
etməlidir.
Digər tərəfdən, ictimai xidmətləri “ictimai ehtiyac” meyarına əsaslandırmaq
da kifayət etmir. Çünki hansı ehtiyaçların “ictimai” olduğu bəzi hallarda
mübahisəli olur. Çünki sırf mahiyyətinə görə mütləq mənada ictimai xidmət
sayılan fәaliyyәt
azdır, məsələn içməli su tədarükü kimi.
Lakin
telekommunikasiyanın bir çox növünün belə mahiyyəti olduğu mübahisəlidir.
Beləliklə insan fәaliyyәtləri sırf xüsusiyyətlərinə görә deyil, müәyyәn zamanda
vә yerdə cəmiyyətə hakim olan sosial, siyasi, ekonomik sistemә görә ictimai
zərurəti əkd etdiridiyi müəyyən edilə bilər. Dolayısıyla, bir çox insani fәaliyyәt,
355
Giritli-Akgüner, s.127.
|