Dərs vəsaiti Bakı 2010 q a f q a z ü n I v e r s I t e s I



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə291/789
tarix12.04.2022
ölçüsü4,02 Mb.
#85384
növüDərs
1   ...   287   288   289   290   291   292   293   294   ...   789
inzibati-huquq

Fərhad Mehdiyev

164

Xırda bir  misal  verək.  Məsələn,  fərz  edək  ki,  inzibati  orqan  normativ  akt

çıxararaq, əczaxanalarda ətir, sabun və şampunların satışını qadağan edib. Belə

bir akt hüquqa uyğun sayılarmı? Müdaxilə olan hüquq sahibkarlıq hüququdur.

Sualın  tam  və  düzgün  cavabını  ver mək  üçün,  əvvəlcə  sahibkarlıq  hüququnu

tənzimləyən  normalarla  tanış  olmaq  lazımdır.  Qanuni  tənzimləmə,  buna  dair

bizə  tətmin  edici  cavab  verməyəcək.  2 -ci  addım  olaraq,  konkret  davranışı  və

müdaxiləni ələ  almalıyıq –  davranış ictimai  qaydanı  pozucu elementə  sahibdir

ya  yox?  Görərik  ki  sabun  və  ətir  satmaq  heç  cür  nə  təhlükəsizliyi,  nə  nizam

intizamı nə də ümumi sağlamlığı poza bilmə mahiyyətini daşımır. Habelə onun

dərman  vasitələri  ilə  bir  yerdə  satılması  onların  keyfiyyətinə  mənfi  təsir  gös-

tərmir.  Üstəlik, ətir,  sabun  və şampunların  satılması  üçün  ümumiyyətlə  hər

hansı bir lisenziya almağa ehtiyac yoxdur. Bundan dolayı qəti şəkildə deyə bilə -

rik ki belə müdaxilə hüquqa zidd sayıl ar.



c) Yer

İnzibati sәlahiyyәtlәr tətbiq edildiyi yer vә vaxt baxımından gen iş vә ya dar

ola bilәr.

İnzibati sәlahiyyәtlәrin azdan çoxa genişləndiyi yerlər - mənzillər, iş yerləri,

ümumi istifadədə olan yerlərdir. İnzibati sәlahiyyәtlәrin ən geniş tətbiq olunduğu

yerlər - yollar, meydanlar, parklar kimi ümumi istifadədə olan yerlərdir. Açıq yer-

lərdə bu yerlərin istifadə məqsədləri və şərtləri nəzərə alınmaqla və onlara əməl

edilməklə  bəzi  fəaliyyətlərin  qarşısı  alına, əngəllənə,  hətta  qadağan  edilə  bilər.

İnzibati mühafizə səlahiyyətləri kafelərdə, yeməkxanalarda, kinoteatrlarda, teatr,

otel, bar və s. kimi hər kəsə açıq yerlərdə daha genişdir. Bu yerlərdən qanunlarda

göstərilən  həcmdə  istifadə  olunmalıdır.  İş  yerlərində  mühafizə  sәlahiyyәtlәri

ancaq bu yerlərin səlahiyyətli şəxslərinin icazəsi və ya çağırışı ilə, mənzillərdə isə

daha məhdud dairə hərəkət vә hallar törədildikdə tətbiq olunur.

Mühafizə  sәlahiyyәtlәri  həm  dә  bu  sәlahiyyәtlәrin  tətbiq  olunduğu  yerlər -

dən  asılı  olaraq  (paytaxt  vә  ya  əyalət,  böyük şəhər  vә  ya  qəsəbə,  kənd  və  ya

çoxlu nəqliyyat olan yerlər, az keçilən yerlər) fərqli ağırlıq  vә sıxlıqda olur. Bu

yerlərdə  ictimai  qaydanın  eyni  xüsusiyyət  vә  formalı  tədbirlərlə  qorunub  sax -

lanması  mümkün  olmadığından,  mühafizə  sәlahiyyәtlәri şəraitdən  asılı  olaraq

daha  geniş  vә  sərbəst  ola  bilər.   Burada  ağlınıza  bir  prinsip  gəlməlidir –

mütənasiblik prinsipi.




Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   287   288   289   290   291   292   293   294   ...   789




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə