c) inzibati müdaxiləni n əsasən qadağan olunduğu hüquq vә azadlıqlar
Konstitusiya bəzi hüquq vә azadlıqların Konstitusiyada nəzərdə tutulan
səbəblərə əsaslanaraq qanunla məhdudlaşdırıla biləcəyini qəbul etməklə bəra -
bər, bu hüquq vә azadlıqların məhd udlaşdırılmasına məhkəmə təminatı verib.
Ona görə də, idarəetmə orqanlarının bu mühafizə sәlahiyyәtlәrindən təkbaşına
istifadə etməsi, bir qayda olaraq, mümkün deyil. Bunlar əsasən cinayət mühaki -
məsi prosessində olan şəxsi toxunulmazlıq, mənzil toxunulmaz lığı ilə bağlı
istintaq tədbirləridir. Hüquqi şəxsin ləğv edilməsi, mülkiyyət hüququndan məh -
rum etmə (müsadirə) kimi məsələlər də məhkəmələrin səlahiyyətindədir.
Göründüyü kimi, bu kateqoriyadaki hüquqların məhdudlaşdırma şərtləri
qanunla tənzimlənib və onlara məhkəmə təminatı verilib. Bu cür hüquq vә
azadlıqları məhdudlaşdıran qanunları ancaq mәhkәmәlər tətbiq edə bilər. Admi -
nistrasiya təkbaşına bu qanunları tətbiq edə bilməz, belə hallarda onun hüquq
vә azadlıqlara müdaxilə etmə sәlahiyyәti, bir qayda olaraq, olmur. Bununla belə,
inzibati orqanlara müstəsna vә “təxirə sa lına bilməyən” hallarda bu kateq oriya
hüquqlara müdaxilə imkanı tanınıb. Bu cür hallara, məsələn, Konstitusiyanın
|