b) əlavə tәminatlar
Birincisi, Konstitusiya bəzi hüquqlar üçün parlamentin belə toxuna bilmə-
diyi əlavə tәminatlar müəyyən edib. Dolayısıyla, inzibati orqanlar da bu əlavə
tәminatları aradan qaldırmaq üçün heç nə edə bilməz.
Məsələn, Konstitusiyanın 50-ci maddəsinin II bəndinə görә, mətbuatda sen-
zuranın tətbiqi qadağandır. Yenə 45-ci maddəyə görə, heş kəs ana dilindən isti -
fadə etmə hüququndan məhrum edilə bilməz. 46-cı maddə insan şəxsiyyəti və
ləyaqətinin alçaldılmasını qadağan edir. Bu məsələlərdə parlament və adminis -
trasiya hər hansı məhdudlaşdırma fəaliyyətinə girişə b ilməz.
Dostları ilə paylaş: |