Dərs vəsaiti Bakı 2010 q a f q a z ü n I v e r s I t e s I



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə288/789
tarix12.04.2022
ölçüsü4,02 Mb.
#85384
növüDərs
1   ...   284   285   286   287   288   289   290   291   ...   789
inzibati-huquq

Fərhad Mehdiyev

162

özündə  (fövqaladə  vəziyyətin  elan  edilməsi),  CPM-də,  «Əməliyyat-axtarış

fəaliyyəti haqqında» Qanunda rast gəlmək mümkündür.

349


d) idarəetmə orqanlarının müdaxiləsi mümkün olan hüquq vә

azadlıqlar

Başqa  hüquq  vә  azadlıqlar -  məsələn,  azad  sahibkarlıq  hüququ  (59-cu

maddə), sosial təminat hüququ (38-ci maddə) qanunla məhdudlaşdır ıla bilər vә

bu  qanunların  icrası  mәhkәmә  qərarına  bağlı  deyil.  Administrasiya  bu  cür

hüquqları qanunlar çərçivəsində məhdudlaşdıra bilər. Məsələn, NK -nın lisenzi-

yaya  tabe  olan  sahibkarlıq  fəaliyyətlərinin  siyahısını  müəyyənləşdirməsi.  Bu

məhdudlaşdırmada   ölçü  nə  olmalıdır?

Əvvəlcə  unutmamaq  lazımdır  ki,  müha-

fizə  səlahiyyətləri,  ictimai  qaydanı  qorumaq  üçün  həyata  keçirilir  və  ictimai

qaydanı  və  nizam-intizamı  pozma  ehtimalı  olmayan  davranışlar  məhdudlaşdı-

rılmamalıdır.

  Habelə  burada  “demokratik  cəmiyyətdə  zəruri  olma”  meyarını

daim nəzərdə tutmaq lazımdır. Pozitiv hüququmuzda belə meyar birbaşa nəzər -

də  tutulmasa  da,  Avropa  Məhkəməsinin  tətbiq  etdiyi  bu  meyarı  nəzərdən  qa -

çırmaq  olmaz.  İdarəetmə  orqanlarının  mühafizə  sәlahiyyәtlәrinə  də  bu  çər -

çivədə  baxı lmalıdır.  Bununla  yanaşı,  inzibati  orqanın  bu  hüquqlarla  bağlı  icra

edəcəyi mühafizə sәlahiyyәtinin aşağıda göstərəcəyimiz başqa hədləri d ə var.

Kitabın bu nəşrində ətraflı məlumat verə bilməsək də, Avropa Konvensiya -

sının məhdudlaşdırma şərtləri mütləq nə zərə alınmalıdır. Konvensiyanın müva-

fiq maddə və protokollarında konkret hüququn nə vaxt və hans ı əsaslarla məh-

dudlaşdırıla biləcəyi göstərilib. Bu maddələrə 6, 8, 9, 10, 11 -ci maddələr, əlavə

protokollardaki tənzimləmələr (məsələn, 1 -ci Protokol) aiddir. Avropa Məhkə -

məsi  bu  maddələrin  tətbiqi  ilə  bağlı əhəmiyyətli  presedent  hüququ  yaradıb.

Məsələn, “ictimai qaydanın” tərifi, əhatəsi, “milli təhlükəsizliyin” hansı hallar -

da  nəyi  tələb  etdiyi,  “demokratik  cəmiyyətdə  zəruri  olma”  kimi  ölçünün  necə

müəyyən ediləcəyi barədə konkret presedent hüququ yaranıb.

350

 Oxucular üçün



daha  geniş  məlumat  əsərin  sonraki  çapında  təqdim  ediləcəkdir.  Lakin  Avropa

Məhkəməsinin  hüquqların  məhdudlaşdırılması  sahəsində  ortaya  qoyduğu  stan -

dartlar mütləq oyrənilməli və həm inzibati orqanların, həm də milli məhkəmə-

lərin praktikasında qətiyyətlə tətbiq edilməlidir.

351

349


Bununla belə, Konstitusiyada “təxirə salına bilməz hal” termini yoxdur. Lakin həm hərbi, həm də

fövqəladə vəziyyətin tətbiq edilməsində, əslində, təxirə salına bilinməyən və təcili tədbirə ehtiyac

olur,  bu  səbəbdən  administrasiya  hərbi/fövqaladə  vəziyyət  rejimində,  sonradan  nəzarət  instan -

siyası  məhkəməsində  təsdiq  etdirmək şərti  ilə,  bu  cür  hüquqlara  daha geniş  müdaxilə  etmək

imkanı olur.

350


Avropa  Məhkəməsinin  presedent  hüququ  üçün  baxın:  Avropa  İnsan  Hüquqları  Məhkəməsi,

Şərhlər, normativ aktlar və faktlar, Hüquq Maarifçiliyi Cəmiyyəti Nəşri, Bakı, 2002.

351

AR Prezidentinin 19 Yanvar 2006-cı il tarixli Fərmanı da bunu açıq şəkildə nəzərdə tutur.





Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   284   285   286   287   288   289   290   291   ...   789




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə