İnzibati hüquq
163
3. İnzibatçiliq səlahiyyətlərinin başqa hədləri
İnzibati mühafizə səlahiyyəti mühafizə aktları vasitəsilə həyata keçiriləcəyin -
dən bu səlahiyyət inzibati aktların tabe olduğu başqa hədləri də nəzərə almalıdır.
a) Məqsəd
Mühafizə sәlahiyyәtlәrinin məqsədi, bir qayda olaraq, təkcə ictimai marağı
təmin etmək deyil, təhlükəsizlik, nizam-intizam vә ümumi təhlükəsizlik ünsür-
lərindən ibarət olan ictimai qaydanı, asayişi qorumaq vә tәmin etmәkdir. Yəni
dar sahədə və mənada ictimai marağı qorumaqdır. Bu səbəbdən də administra -
siya mühafizə (polis) sәlahiyyәtini
ictimai xidmətləri daha yaxşı icra etmək, ya
da administrasiyaya maddi mənfəət tәmin etmәk məqsədi ilə tətbiq edə bilməz
.
Administrasiya əks yöndə davranarsa, çıxarılan mühafizə aktı məqsəd baxımın -
dan hüquqa zidd olar.
Digər tərəfdən, inzibati orqanların ictimai əmlakdan ortaq vә ümumi yarar-
lanmanı tәmin etmәk məqsədilə girişdiyi fәaliyyәtlər dә ümumi inzibati müha-
fizəni n məqsədinə daxildir. Bununla bərabər,
xidməti əmlakın
qorunması məq-
sədinə yönəlmiş fәaliyyәtlər ümumi mühafizə tədbirlərinin məqsədindən kənar -
dır vә xüsusi mühafizə (xidmәti mühafizə) fәaliyyәtidir.
Xüsusi mühafizə sәlahiyyәtlәri, xüsusən siyasi vә dini mәqsәdlәr/motivlər
vә özəl mənafe üçün dә tətbiq edilə bilməz.
Dostları ilə paylaş: |