Dərs vəsaiti Bakı 2010 q a f q a z ü n I v e r s I t e s I



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə290/789
tarix12.04.2022
ölçüsü4,02 Mb.
#85384
növüDərs
1   ...   286   287   288   289   290   291   292   293   ...   789
inzibati-huquq

b) Səbəb vә məzmun

İnzibati  mühafizə  ictimai  qaydanı  qoruyub  tәmin  etmәk  məqsədi  daşıdığı

üçün ancaq ictimai qayda və asayişi hәqiqәtәn təhlükə altına alan hərəkətlər vә

hadisələr  ortaya çıxanda  tətbiq  oluna  bilər. İctimai  qaydanı  pozan  və  ya  ona

təhlükə törədən davranış, yaxud da hadisə yoxdursa, mühafizə səlahiyyətlərinin

tətbiqi,  mühafizə  aktı nı  səbəb  baxımından  hüquqa  zidd  hala  gətirər



.

Habelə


AİHK  göstərilən  “başqalarının  hüquqlarının  qor unması”  səbəbilə  də,  din,  söz

yaxud  toplaşma  azadlığı  da  məhdudlaşdırıla  bilər.  Lakin  burda  eyni  zamanda

“demokratik cəmiyyətdə zəruri (qaçılmaz) olma” meyarı da tətbiq olunmalıdır.

Digər  tərəfdən,  ictimai  asayişi  təhlükə  altına  alan  hərəkət  vә  halın  ağır lığı

da tətbiq olunacaq mühafizə sәlahiyyәtinin tərkibini və həcmini müəyyən edə -

cəkdir.  Başqa  sözlə,  inzibati  tədbir,  bu  tədbirə  səbəb  olan  hərəkət  vә  ya  halın

ağırlığına uyğun olmalı və həddi aşmamalıdır. Əsas hüquqları daha az məhdud -

laşdıran  mühafizə  tədbiri ilə  ictimai  qayda  təmin  edilirsə,  o,  hüququ  daha  çox

məhdudlaşdıran inzibati tədbirlə təmin edilə bilməz. Məsələn, küçə  yürüşünün

istiqamətinin  dəyişdirilməsi  ilə  ictimai  asayiş təmin olunacaqsa,  o  nümayişə

icazə verilməməsi hüquqa zidd olar.




Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   286   287   288   289   290   291   292   293   ...   789




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə