Dərs vəsaiti Bakı 2010 q a f q a z ü n I v e r s I t e s I



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə293/789
tarix12.04.2022
ölçüsü4,02 Mb.
#85384
növüDərs
1   ...   289   290   291   292   293   294   295   296   ...   789
inzibati-huquq

Fərhad Mehdiyev

166

III. İCTİMAİ XİDMƏTLƏR

TӘRİFİ, MEYARLARI, QURULMASI, LƏĞV İ

A. TƏRİFİ VƏ MEYARLARI

İctimai xidmət termini idarәetmә hüququnda çox istifadə olunan terminl ər-

dan biri olsa da, pozitiv hüquq “ictimai xidmət” termininə tərif vermir. Nəzəriy-

yə bu boşluğu doldurub  və terminə müxtəlif cəhətlərdən tərif verib. İngilis di -

lində o,

public services

ya da


services of general interest

, alman hüququnda



die

öffentliche Daseinsvorsorge

, fransız hüququnda



les services publics

 kimi ifadə

olunur.  Lakin  qeyd  etməliyik  ki,  həm  quruluş,  həm  də  hüquqi  tənzimləmə  və

status baxımından Avropa qitəsində dövlətin ictimai xidmətləri ən çox Fransada

inkişaf edib. Avropa Birliyinin təsis müqaviləsində 16-cı maddədə ictimai xid-

mətlər anlayışı fransız anlayışına yaxın mənada işlədilir.

Oxucular üçün ictimai xidmətlərə misal çəkməli olsaq, su, kanalizasiya, yol-

ların salınması, işıq, uşaq baxçalarının və məktəblərin tikilməsini göstərə bilərik.

Qeyd etməliyik ki, hüquqi anlayış kimi ictimai xidmətlər anlayışı , tərkibi və

mahiyyəti baxımından hamının eyni şəkildə qəbul etdiyi anlayış deyil. Məsələn,

alman  və  fransız  hüququnda  bu  terminin fərqli rejimi  və  anlamı  var.  Bununla

belə, bu anlayışın hamılıqla qəbul edilən cəhətləri də var. Belə ki Avropa Birli -

yi qurumları və qaydaları, ictimai xidmətləri də ortaq əsaslara görə tənzimləyir.

Avropa Parlamenti Komissiyasının 2003-cü ildə ictimai xidmətlərin gələcəyi və

hüquqi rejimi ilə bağlı hazırladığı lahiyəsi, bu tezisi açıq şəkildə sübut edir.

Alman  hüququna  Ernst  Forsthoffun  gətirdiyi  bu  institut  inkişaf  etməsə  də,

termin kimi alman  konstitusiyalarında əksini tapıb. Lakin Almaniyada, ictimai

xidmətlərin dövlət üçün öhdəlik olub-olmaması mübahisə predmetidir.

352

Orqanik cəhətdən

ictimai xidmət müәyyәn vәzifәni icra etmək üçün ictimai

qurum məmurlarının  vә  vasitələrinin  məcmusu nu  ifadə  edir.

353


Maddi,  yaxud

funksional  cəhətdən

isə ictimai  xidmət  bu  fәaliyyәti  icra  edən  qurumu  ifadə

etmir. Burada yalnız fәaliyyәtin mahiyyətinə baxılır, buna görə ona tərif verilir.

Maddi/funksional  cəhətə  görə  ictimai  xidmət davamlı  olan ictimai  ehtiyacı

ödəyən fәaliyyәtdir.

354


Forma cəhətdən

isә ictimai xidmət müәyyәn proseduru,

hüquqi rejimi ifadə edir. Ona görә də fәaliyyәtin ictimai xidmət sayılması üçün

o,  ictimai  xidmətlərin  hüquqi  rejiminə,  yəni  ümumi  hüquq/ictimai  idarəetmə

352

Baxın: http://de.wikipedia.org/wiki/Daseinsvorsorge



353

Günday, s.222.

354

Özay, s.239.





Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   289   290   291   292   293   294   295   296   ...   789




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə