Fərhad Mehdiyev
168
mahiyyəti nə olursa -olsun, ictimai xidmət ola bilər; yetər ki, siyasi orqanlar
356
o
fәaliyyәti ictimai xidmәt olaraq qəbul etsinlər. Cәmiyyәtin ümumi ehtiyaçlarını
müəyyən etmək vә ictimai mənafeyi dəyərləndirmək o cәmiyyәtin seçdiyi nü -
mayəndələrin sәlahiyyәtlәrinə aiddir. Fəaliyyәtin ictimai ehtiyacları ödəməyə
vә beləliklə , ictimai mənafeyi reallaşdırmağa yönəlik olub -olmadığının təqdir
edilməsi dә əsas etibarı ilə parlamentin, sonra da başqa siyasi orqanların
sәlahiyyәti daxilindədir. Bu səbəbdən də ictimai ehtiyacı ödəməyə vә ictimai
marağı təmin etməyə yönəlmiş fәaliyyәti siyasi orqanlar ictimai xidmət kimi
qəbul etməyibsə, ictimai xidmət sayılmır. Məsələn, taksi xidmətləri ictimai xid-
mət sayılmır . Başqa bir misal: ictimai xidmətlərin sayı müxtəlif Avropa ölkələ -
rində eyni deyil. Almaniyada bunlar daha azdır və xüsusi hüquqa tabedir, Fran-
sada isə ictimai xidmətlər həm sayca çoxdur, həm də daha çox ümumi hüququn
tənzimləmə sahəsinə daxildir. Bu onunla bağlı ola bilər ki, 20-ci əsrin ikinci
yarısında, 2-ci Dünya Müharibəsindən sonra sosialist hərəkət Fransada güclü
olub; beləliklə iqtisadi və sosial hüquqlara Fransada daha çox diqqət yetir ilib.
İctimai xidmətlərdə orqanik vә maddi meyarların zəifləməyə başlaması ,
forma meyarının da zəifləməsinə vә getdikcə silinməsinə səbəb olub. Sosial
dövlәt prinsipinin mənimsənilməsi nəticəsində dövlәtin iqtisadi vә sosial hәyata
müdaxiləsi ilə indiyədək özəl sektorun apardığı bəzi fәaliyyәt lər ictimai
xidmətə çevrilib vә bunlar ayrı bir hüquqi rejimə tabe edilib; lakin bu xidmətlər
özəl sektorla rəqabət içində icra edilməsi üçün özəl hüquq rejiminə tabe edilib.
Xülasə, bu gün üçün mötəbər ola bilən bir ictimai xidmət tərifi vermək çətindir.
Belə bir tәrif vermək mümkündür: dövlət hakimiyyət orqanı və ya digər inzibati
orqan tərəfindən, yaxud onların nəzarəti altında özəl sektor tərəfindən həyata
keçirilən ictimai faydalı fәaliyyәt ictimai xidmətdir. İcti mai xidmət parlamentin
qəbul etdiyi qanunla qurula biləcəyi kimi, mərkəzi administrasiya orqanı və ya
bələdiyyə qərarı ilə də qurula bilər.
Deməli, fәaliyyәtin ictimai xidmət sayıla bilməsi üçün, hər şeydən əvvəl,
siyasi orqan olan qanunverici orqanın iradəsi tələb olunur. Məsələn,
22.06.1999-cu il tarixli qanunla milli arxiv fondunun yaradılması ictimai
xidmət kimi nəzərdə tutulur. Normativ hüquqi aktla fәaliyyәt ictimai xidmət
kimi nəzərdə tutulubsa, xidmətin növünü müəyyən etmək çətinlik
törətməyəcək. Ancaq qanundan belə açıq görünmürsə, bəzi meyarlara müraciət
etmək yolu ilə qanunverici orqanın , ya da fəaliyyəti təşkil edən inzibati orqanın
iradəsini müəyyən etmək olar. Bu meyarların başlıcası adı çəkilən fәaliyyәtin
icrası üçün dövlətləşdirmə (məcburi satın alma), cərimə kəsmə vә ya
inhisarçılıq kimi hakimiyyət sәlahiyyәtləri vә üsulları ilə yanaşı, fәaliyyәtin
356
Burada “siyasi” sözü geniş mənada istifadə olunur, dövləti və cəmiyyəti mövcud ideologia və
məqsədəuyğunluq mülahizəsinə görə idarə etməyi nəzərdə tutur.
|