Fərhad Mehdiyev
170
da xidmət fəaliyyəti xüsusi sektorla birgə aparılır. Birinci halda monopoliya
şəkilində icra edilən xidmәt var. Bu halda, ictimai xidmət halına gətirilmiş fәa -
liyyәtin icrası fərdlər vә qruplara qadağan edilir. Bu vəziyyət şəxslərin vә qrup -
ların hüquqlarını, xüsusən sahibkarlıq hüquqlarını məhdudlaşdırır. İkinci halda
isə ictimai xidmәt statusu veri lən fәaliyyәt fərd vә birliklərə qadağan edilmir,
bu xidməti onlar da icra edə bilirlər. Ancaq bu halda administrasiya kimi güclü
bir rəqib ortaya çıxdığından, qeyri -dövlət sektorunun fəaliyyət azadlığı yenə də
müәyyәn ölçüdə məhdudlaşa bilər.
Məhz buna görə ictimai xidmətin qurulması ilə bəzi hüquqlar məhdudlaşdı -
rıldıqda müvafiq hüquqların məhdudlaşdırma qaydalarına əməl edilməlidir. La -
kin burada qeyd olunmalıdır ki, ictimai xidmətin icrası dövlətin ümdə vəzifəsi
olduğundan, xüsusi hüquq şəxsləri bu məsələdə qazanılmış hüquq iddiasını irəli
sürə bilməzlər. Başqa cür desək, bəzən bunun üçün nazirliyin qərarı kifayət edə
biləcəyi kimi, bəzən qanun tələb oluna bilər. Məsələn, dövlət sahibkarlıq qay-
dasında göstərilən xidməti inhisarçı ictimai xidmətə çevirmək istəsə və ya bu-
nun üçün sahibkarların əllərində olan vasitələrdən istifadə etməyə məcbur olsa,
bu barədə qanun qəbul etməlidir. Lakin ictimai xidmətlərdə inhisarçılıq həm
müasir bazar iqtisadiyyatı, həm sahibkarlıq azadlığı, həm də sosial dövlət prin -
siplərinə ziddir. Daha uyğun variant budur ki, hər hansı xidmətin icrasını sahib -
karlara tam gadağan etmədən, xidmətin icrasında müəyyən keyfiyyət standart-
ları və şərtlər müəyyən etməkdir. Lakin ictimai mənafe tələb etdiyi hallarda
xidməti inhisara da almaq olar. Məsələn, şəhərdə avtomobillərin artması ilə
bağlı yaranmış yol tıxaçlarının və havanın çirkləndirilməsinin qarşısını almaq
məqsədi ilə ictimai nəqliyyatda xırda marşrut avtobuslarından istifadə qadağan
edilə bilər. Lakin anti -inhisar qanunvericiliyi və dünyadaki inkişaf ictimai
xidmətlərin icrasında
monopoliyanın
əleyhinədir.
İctimai xidmətin qurulması müәyyәn təşkilatın qurulmasını tələb edir.
Naziriklər bəzi ölkələrdə parlamentin, bəzi ölkələrdə isə icra hakimiyyəti başçı-
sının qərarı ilə yaradıl ır. Azərbaycanda nazirliklər və aşağı instansiyalar, bir
qayda olaraq, prezidentin fərmanı ilə qurulduğuna görə, ictimai xidməti icra
edəcək administrativ vahidlər də idarəetmə orqanlarının aktı ilə yaradılır. Amma
bu, o demək deyil ki, xidməti icra edəcək administrativ orqanın qurulması par-
lament aktı ilə mümkün deyil. Məsələn, Konstitusiyanın 94 -cü maddəsinə görə,
rabitə və nəqliyyat işi (bunlar da ictimai xidmətdir) ilə bağlı parlament ümümi
qayda qəbul edə bilər, bu qaydada eyni zamanda həm xidmətin əs asları, həm də
əlaqədar administrativ təşkilatın qurulması nəzərdə tutula bilər; lakin qanunlar
konkret orqan göstərmir və “müvafiq icra hakimiyyəti orqanı” terminini işlədir;
bu orqanın konkret hansı orqan olacağı isə Fərman ilə müəyyən edilir.
|