Fərhad Mehdiyev
160
ləşmək azadlığı, səmərəli hüqu q müdafiə vasitələri hüququ, bərabərlik və ayrı -
seçkiliyə məruz qalmamaq hüququ, mülkiyyət hüququ, təhsil almaq hüququ,
seçki hüququ kimi hüquqlardır. Konvensiyanın qoruma mexanizmi bu hüquq-
ları əhatə edir. İnzibati orqanların bu hüquqlara müdaxiləsi zama nı Konven-
siyadakı məhdudlaşdırma meyarları nəzərə alınmalıdır. Əfsuslar olsun ki, sosial
hüquqlar Avropa İnsan Hüquqları Konvensiyası ilə qorunmur. Lakin sosial
hüquqların bir hissəsi, bəzi hallarda, mülkiyyət hüququnu əlaqələndirəbilər və
belə hallarda Konvensiyanın qorunması altına düşər. Habelə təhsil almaq
hüququ (təhsil vermək hüququ buna daxil deyildir) Konvensiyanın 1-ci Proto-
kolu ilə qorunur.
AR Konstitusiyasının III-cü fəslindəki hüquq və azadlıqların sayı Avropa
Konvensiyasında göstərilən hüquq lardan genişdir. Bəs Konvensiyada göstəril-
məyən konstitusion hüquqlar hansı qoruma mexanizmindən istifadə edəcəklər?
Məsələn, əmək hüququ və ya sahibkarlıq hüququ üzərində mühafizə səlahiyyət -
ləri həyata keçirilərkən inzibati orqanların bu səlahiyyətləri nə ilə məhdudlaşdı-
rılacaq? Bəzi konstitusion hüquqlar baxımından Konstitusiyanın özü məhdud-
laşdırma meyarı qoya bilər, amma bütün hüquqlar baxımından bu, nəzərdə tu-
tulmur. Bu məsələdə qanuni tənzimləməyə hüquqi dövlət prinsipləri və müha-
fizə səlahiyyət lərinin tətbiqinin qayda və prinsipləri tətbiq edilməlidir.
İdarəetmə orqanlarının hüquq və azadlıqlara müdaxilə etmə k səlahiyyəti
məhz mühafizə (polis) səlahiyyətidir. Lakin administrasiya normativ aktla ona
səlahiyyət verilmədən bunlara müdaxilə edərsə, əslində, parlamentə aid səlahiy-
yəti icra edir və qanunsuz olaraq başqa orqanın funksiya/hakimiyyətinə müda -
xilə edir. Əslində, ictimai qayda, ümumi asayiş və ümumi sağlamlıq kimi məh -
dudlaşdırma səbəbləri bütün hüquq və azadlıqlar üçün tətbiq edilə bilər. Belə
halda, parlament administrasiyaya bu səbəblərə dayanaraq bir çox hüquq və
azadlıqlara müdaxilə etmə səlahiyyəti verə bilər. Ancaq Konstitusiya parlamen-
tin hüquq və azadlıqları məhdudlaşdırmasına, yəni administrasiyaya mühafizə
səlahiyyəti verməsinə hədd qoyub və bunlar Konstitusiyada göstərilib.
Lakin etiraf etmək lazımdır ki, Konstitusiyada göstərilən hədlər yetərli
deyil. Bəli, hardasa demək olar ki, Konstitusiyamız çox liberaldır, hüquq və
azadlıqların məhdudlaşdırılmasına yol vermir. Lakin Konstitusiyanın bu liberal
sistemi faktiki olaraq pozulur və pozulmalıdır, çünki cəmiyyət həyatının gedişi
bəzən bunu tələb edir. Nəticədə bir çox qanunumuz hüquq və azadlıqları Kons-
titusiyada göstərilən şərt və hədlər xaricində pozduğu üçün konstitusiyaya zid d
olur. Bu da ehtiyacdan yaransa belə, normalar ierarxiyasına, hüquq texnikasına,
hüquqi dövlət prinsipinə ziddir. Buna görə də, Avropa Konvensiyasında nəzər-
də tutulan məhdudlaşdırma şərtləri Konstitusiyada əks etdirilməlidir. Pozitiv
|