Dərs vəsaiti Bakı 2010 q a f q a z ü n I v e r s I t e s I



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə280/789
tarix12.04.2022
ölçüsü4,02 Mb.
#85384
növüDərs
1   ...   276   277   278   279   280   281   282   283   ...   789
inzibati-huquq

Fərhad Mehdiyev

158

Maraqlı şəxsin aktın icrasına qarşı çıxması, idarəetmə orqanlarının aktı baş -

qa cür icra etmək imkanının olmaması, aktın istinad etdiyi qanuni tənzimləmə -

nin şübhəyə yer qoymaması kimi əlavə şərtlər  da lazımdır. Ümumi qayda aktın

məcburi  icrası  üçün  məhkəmə  qərarının  olmasıdır.

345


  Türkıyə inzibati  hüquq

nəzəriyyəsində də buna yaxın bir fikir var.

346

 Rusiya hüquq nəzəriyyəsində isə



məsələ ətraflı şəkildə tədqiq edilməyib, hansı aktların zorla icra edilə b iləcəyi,

hansılarının icrası üçün məhkəmə qərarı olmasının vacibliyinə toxunulmayıb.

Məsələ Azərbaycan hüquq nəzəriyyəsində də tədqiq edilməyib, lakin «İnzi-

bati  icraat  haqqında»  Qanun  bu  məsələyə  də  aydınlıq  gətirdi.  Aktın  birbaşa

icrası ya aktın mahiyyətindən irəli gələ bilər (aktı təbii olaraq inzibati orqan icra

etməlidir –  məsələn,  universitetdən  əmrlə  xaric  etməklə),  ya  da  akt  maraqlı

şəxsi  müəyyən  hərəkətlər  etməyə,  müəyyən  hərəkətlərə  dözməyə  və  ya  müəy-

yən hərəkətləri etməkdən çəkinməyə məcbur etd iyi halda, şəxs bunları etmədiyi

hallarda mümkündür. Məsələn, vətəndaş balkonunu hüquqa zidd şəkildə, ümu -

mi istifadədə olan yeri zəbt etməklə artırır. Belə halda, Qanunun 83 -86-cı mad-

dələrinə  görə,  əvvəlcədən  xəbərdarlıq  edilməklə  və  müddət  göstərilməklə,  bu

balkon  onun  hesabına  sökülə  bilər,

347

  o,  cərimə  də  oluna  bilər.  Bunlarla  aktın



icrası  mümkün  olmadıqda inzibati  orqan  maraqlı  şəxsi  müəyyən  hərəkətləri

etməyə və  ya müəyyən hərəkətləri etməkdən çəkinməyə bilavasitə məcbur edə

və ya özü dərhal həmin hərə kəti hayata keçirə bilər.

348



Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   276   277   278   279   280   281   282   283   ...   789




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə