İnzibati hüquq
157
Vergilərin və rüsumların ödənilməsi qaydalarının pozulmasına görə təyin
olunan inzibati cərimələr ödənilməzsə, qərar qanuni qüvvəyə minənədək admi -
nistrasiya onu icra etməyə haqlı deyil (İXM -in 34-cü fəsli). Şikayət müddəti
ərzində, qərardan şikayət verildikdə isə bu şikayət üzrə qərar verilənədək inzi -
bati tənbeh icra edilə bilməz.
İnzibati xəta olmadan başqa hallarda pul tələbləri ilə bağlı inzibati aktların
məcburi qaydada icrasını “Məhkəmə qərarlarının icrası haqqında” Qanuna əsa -
sən məhkəmə icraçıları həyata keçirir.
Dostları ilə paylaş: |