Dərs vəsaiti Bakı 2010 q a f q a z ü n I v e r s I t e s I


 Birbaşa icra və məcburi icra



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə279/789
tarix12.04.2022
ölçüsü4,02 Mb.
#85384
növüDərs
1   ...   275   276   277   278   279   280   281   282   ...   789
inzibati-huquq

4. Birbaşa icra və məcburi icra

İctimai  qaydanı  təhlükə  altına  alan  hərəkətlər olduqda  inzibati  mühafizə

orqanı qanunun icazə verdiyi hallarda birbaşa icra səlahiyyətindən istifadə edə-

rək ictimai asayişi qorumaq üçün dərhal tədbir görə bilər.

İnzibati mühafizə səlahiyyətlərini tənzimləyən «Polis haqqında» Qanun, yuxa -

rıda göstərildiyi kimi, bəzi maddələrində polisin icra səlahiyyətini nəzərdə tutur.

İnzibatçı  personal  vəzifələrini  yerinə  yetirərkən  son  dərəcə  vacib  hallarda

ictimai  asayişin  pozulmasının  qarşısını  almaq  üçün  silah  da  tətbiq  edə  bilər.

İnzibatçı personalın silahdan istifadə etməsi zəruri müdafiə , silahlı münaqişəni

kontrol altına almaq, qaçan/qaçmış cinayətkarları tutmaq məqsədi ilə mümkün -

dür. Hüquq pozuntusu odlu silah işlətməklə törədilərkən və başqa cür nəticəyə

çatmanın mümkün olmadığı hallarda polis lazımi xəbərdarlıqdan sonra silahdan

istidfadə  edə  bilər. İnzibatçı  personal  zəruri  müdafiə  vəziyyətində  «Polis  haq -

qında» Qanunun 26-cı maddəsində göstərilmiş hallarda silah tətbiq edə bilər.

343

Açıq şəkildə cinayət xarakteri daşıyan əmrlər  yerinə  yetirilməməlidir. Bu şərt -



lərdən  kənara  çıxan  və  y a  məqsədi  aşan,  prosedura  açıq  şəkildə  zidd  qaydada

silahdan istifadə inzibati orqanın məsuliyyətinə səbəb olur.

Fransız hüquq doktrinasında və məhkəmə praktikasında bu hallarda inzibati

orqanlara birbaşa icra səlahiyyəti verilir:

344

1) qanunlar açıq şəkil də səlahiyyət veribsə (məsələn, 3 İyul 1877 -ci il tarixli



Qanun hərbi xidmətin ehtiyacları üçün güc istifadəsina imkan verir);

2) qanunlar müəyyən inzibati hüquqi akta qarşı çıxanlar haqqında cəza nəzər-

də tutmursa;

3) fövqəladə hallarda, ictimai təhlükəsizliklə bağlı təcili hallarda və qəti zəru -

rət varsa.

343


Polisin fiziki güc tətbiq edə biləcəyi hallar da eyni maddədə tənzimlənib.

344


Vedel, s.152.



Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   275   276   277   278   279   280   281   282   ...   789




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə