Fərhad Mehdiyev
156
nın icrasına “zor göstərmə” şəklində əngəlləmə varsa, bu da CM-in 315-ci
maddəsinə görə məsuliyyətə səbəb olur. Lakin burada vurğulamaq lazımdır ki,
hər bir mühafizə aktına əməl edilməməsinə görə mütləq qaydada sanksiya tət -
biq edilmir. Sanksiya varsa, bu, formal qanunda göstərilməlidir. Məsələn, İXM-
in 23-cü Fəsli idarəçilik qaydaları əleyhinə olan inzibati xətaları nəzərdə tutur.
Bu fəsildə göstərilmiş xətalar əsasən normativ sənəd şəklində olan mühafizə
aktlarındakı tələb və standarların pozulmasından meydana gələn inzibati xəta-
lardır – məsələn, İXM-in 316-cı maddəsi yanğın təhlükəsizliyi standartlarının,
normalarının və ya qəbul edilmiş qərarın yerinə yetirilməməsi sanksiyalarını
tənzimləyir.
Sanksiyalardan bəzilərini administrasiya da təyin edə bilər. Bunlar daha çox
cərimə növlü sanksiyalardır. Məsələn, gecə saat 24.00 – 07.00 arası qonşuları
narahat edəcək dərəcədə səs-küy salanlara əvvəlcə xəbərdarlıq edilə bilər. La -
kin onlar səs-küy salmağa davam etsələr, cərimə olunurlar (İXM, m.306).
Faktiki olaraq inzibati hüquq pozuntularına qarşı nəzərdə tutulan sanksiya-
lar təkcə İXM-də göstərilməyib. Onların nəinki qanunda, hətta inzibati norma -
tiv aktlarda da nəzərdə tutulması mümkündür. Məsələn, 17.01.2000 -ci il tarixli
Bakı ŞİH-nin “Bakı şəhərində ticarət, ictimai iaşə və xidmət obyektlərinin
yerləşdirilməsi tələbləri” adlı aktında belə qaydalar nəzərdə tutulub.
İnzibati orqanın təyin etdiyi sanksiyanı administrasiya icra edirsə, belə hal-
da maraqlı şəxs onun qarşısını almaq üçün məhkəməyə müraciət etməl idir.
Sanksiyanın icrası (məsələn, cərimənin ödənilməsi) idarə olunana aiddirsə, belə
halda məsələ bir az mürəkkəbdir. Yol hərəkəti qaydalarının pozulmasına görə
şəxs inzibati tənbeh kimi təyin edilən cəriməni ödəmirsə, onun sürücülük vəsi -
qəsi DYP (yeni adı ilə YPX) orqanında qalır. Sürücü avtomobili idarə etmək
istəyirsə, bir ay ərzin -də cəriməni ödəməlidir. Digər tərəfdən, yenə DYP
qulluqçusunun göstərişlərinə ( məsələn, «saxla» əmrinə) əməl olunmalıdır, bu
mühafizə atkının yerinə yetirilməməsi də inzibat i xəta sayılır.
341
İctimai iaşə
obyektləri cərimələri zamanında ödəmirlərsə, obyektin bağlanması mümkündür
(Bakı şəhəri üçün).
342
Mühafizə aktını maraqlı şəxsin icra etməməsinə görə sanksiya nəzərdə
tutulmayıbsa, aktı idarəetmə orqanları özləri məcburi qaydad a icra edə bilər.
Nəzəriyyədə olan bu prinsip «İnzibati icraat haqqında» Qanunla təsdiqlənib.
Bu, Qanunun 8-ci fəslində göstərilib.
341
Qüvvədə olan «Yol hərəkəti haqqında» Qanun belə hallarda polisə maşını saxlamayan sürücünü
təqib etmə hüququ vermir; sürücü cinayət törətdikdə təqib oluna bilər.
342
Bunu nəzərdə tutan normativ sənədi BŞİH qəbul edib və başqa rayonlarda bənzər qanunvericilik
aktı yoxdur.
|