Dərs vəsaiti Bakı 2010 q a f q a z ü n I v e r s I t e s I



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə273/789
tarix12.04.2022
ölçüsü4,02 Mb.
#85384
növüDərs
1   ...   269   270   271   272   273   274   275   276   ...   789
inzibati-huquq

a. Lisenziyalaşdırma

Lisenziya  (icazə)  üsulu  idarəetmə  orqanlarının  bəzi  fəaliyyətləri  əvvəlcə -

dən  yoxlaması  və  lazım  gələndə  əngəlləyə  bilməsi  üçün  nəzərdə  tutulub.  Bu

üsulla  administrasiya  yoxlama  nəticəsində  müəyyən  fəaliyyətə  icazə  və  lisen-

ziya vermək məsələsini həll edir. Lakin burada hüquqi dövlət və şəffaflıq prin -

sipləri  əsasında  lisenziyanın  verilməsi  üçün  hansı  şərtlərin  tələb  olunduğu  qa -

bağcadan bildirilməlidir. Lazımi şərtlərə əməl edənlərə rədd cavabının verilmə -

si  ilə  bağlı  administrasiyaya  mülahizə  sərbəstliyi nin  (diskresyon  səlahiyyətin)

verilməsi mümkündür.

336


 İcazə üsulunda mühafizə orqanının icazə vermə səla -

hiyyəti


bağlı  səlahiyyət

  ola  biləcəyi  kimi,  sərbəst  dəyərləndirməyə  əsaslanan

mülahizə  səlahiyyəti  də  ola  bilər.  Birinci  halda  müəyyən  və  obyektiv şərtlərə

cavab verənlərə və ya şərtl əri yerinə yetirənlərə icazə verilməməsi hüquqa zidd

olacağı  kimi

337


,  ikinci  halda  da  administrasiya  bərabərlik  prinsipinə  əməl

etməklə,  mülahizə  səlahiyyətindən  hüquqi  hədlər  daxilində  istifadə  etməlidir.

«İnzibati icraat haqqında» Qanunun 61.3-cü maddəsinə görə, inzibati akt disk-

resion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan mülahizələrini

dəqiq və aydın şəkildə əsaslandırmalıdır.

b. Qeydiyyat

Qeydiyyata  almada  məqsəd  nədir? İnzibati  orqan  müəyyən  fəaliyyətlərin

icrasından xəbərdar olsa, lazımi hallarda uyğun tədbirləri görmək imkanı qaza-

nar.  Qeydiyyatdan  sonra  da  fəaliyyət  mühafizə  səlahiyyətlərinin  predmeti  ola-

raq qalır, fəaliyyət ictimai qaydanı pozma təhlükəsi yaradarsa, mühafizə orqan -

ları hadisəyə müdaxilə edə bilərlər.

338

 Məsə lən, fiziki şəxs qismində sahibkarlıq



336

Lisenziyalaşdırmada administrasiyaya mülahizə səlahiyyəti ancaq milli təhlükəsizlik ilə əlaqədar

məsələlərdə  və  məhdud  lisenziya  üçün  birdən  çox  iddiaçı  olduqda  (yarışma)  hallarında  tanına

bilər. Əksinə tənzimləmə, idarəetmədə şəffaflıq və hüquqi  müəyyənlik prinsiplərini poza bilər.

337

Lisenziyanın verilməsində, diskresyon səlahiyyətin tanınmaması, lisenziyalaşdırmanın qeydiyyat



şəklini alacağını irəli sürməyə imkan verirmi?

338


Gözübüyük, Tan, I Cild, s.489.



Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   269   270   271   272   273   274   275   276   ...   789




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə