Dərs vəsaiti Bakı 2010 q a f q a z ü n I v e r s I t e s I


 Lisenziya və qeydiyyat üsulları



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə271/789
tarix12.04.2022
ölçüsü4,02 Mb.
#85384
növüDərs
1   ...   267   268   269   270   271   272   273   274   ...   789
inzibati-huquq

2. Lisenziya və qeydiyyat üsulları

Administrasiya ictimai qaydanı qorumaq və təmin etmək məqsədi ilə şəxs -

lərin,  qrupların  f əaliyyətini  qadağan  edə  bilər,  nəzarət edə və  yoxla ya  bilər,

lazımi tədbirlər görə bilmək üçün bu fəaliyyətləri lisenziya və qeydiyyat üsulla-

rına tabe edə bilər.

Konstitusion  hüquqlar  inzibati  aktlarla  məhdudlaşdırıla  bilməz.  Məsələn,

Konstitusiyamızın  59-cu  maddəsinə  görə,  hər  kəsin  azad  sahibkarlıq  hüququ

var. Lakin bilirik ki, hansı sahibkarlıq fəaliyyətinin icrası üçün lisenziya alınıb -

alınmaması məsələsini

müvafiq  icra  hakimiyyəti  orqanı

  normativ  aktla  müəy-

yən edir. Lisenziyanın verilməsində şəffaflıq və müəyyən prosedurlar olmalıdır,

əks  halda  bu,  sahibkarlıq hüququna  müdaxilə  kimi  qiymətləndirilə  bilər.  Buna

dair AR Prezidentinin Fərmanı ilə təsdiq edilmiş qaydalar var.

335


İnzibati orqanlar istədiyi fəaliyyəti lisenziyaya tabe tutmaqda sərbəstdirmi?

Şübhəsiz  ki,  yox. Burada  meyar  sahibkarlığın  növü  və  ya  başqa  fəaliyyətin

ictimai qaydanı pozma ehtimalının ciddiliyidir. Məsələn, tütün istehsalı lisenzi-

yaya  tabedir.  Həqiqətən  də,  tütün  sağlamlıq  üçün  zərərlidir,  istehsalçılar  üzə -

rində  ciddi  nəzarət  olmalıdır,  bu  sahədə  lisenziya/icazəni  tanınmış,  etibarlı

firmalara vermək daha düzgündür.

Şəxslərin  və  qrupların hüquqpozma  sayılmayan  fəaliyyə tini  administrasiya

daimi olaraq qadağan edə bilməz. Qanunvericiliklə tanınmış hüquqlar baxımın -

dan bəzi məhdudiyyətlər qoyula bilər, bunlar Konstitusiyanın 71 -ci maddəsinin

müəyyən  etdiyi  məhdudlaşdırma  meyarlarıdır -  fövqəladə  hallar,  qismən  məh-

dudlaşdırma, müvəqqətilik və beynəlxalq hüquq normalarına uyğunluq. Admi-

nistrasiya bunun xaricində Konstitusiya və qanunlara əməl etmək şərti ilə pozi -

tiv  hüquqda  tanınmış  hüquq  sayılmayan  bəzi  fəaliyyətləri  nəzarət  və  yoxlama

apara  bilmək  üçün  icazə  və  qeydiyyat  üsullarına  tabe  edə  bilər.  Lakin  burda

diqqət edilməlidir ki, xüsusən “icazə”nin tətbiq edilməsi, icra olunması istənən

335


Bunlar 28.03.2000; 02.09.2002; 31.10.2005-ci il tarixli fərmanlardır.



Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   267   268   269   270   271   272   273   274   ...   789




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə