Dərs vəsaiti Bakı 2010 q a f q a z ü n I v e r s I t e s I


b) Xüsusi mühafizə sahələri



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə267/789
tarix12.04.2022
ölçüsü4,02 Mb.
#85384
növüDərs
1   ...   263   264   265   266   267   268   269   270   ...   789
inzibati-huquq

b) Xüsusi mühafizə sahələri

Xüsusi  mühafizə  dar  sahədə  icra  edilən  mühafizə  xidmətini  ifadə  edir.  Bu

məsələ  fəaliyyəti icra  edən  mühafizə  orqanının

səlahiyyət

ünsürünə  aiddir.

Təhsil Nazirliyi ancaq təhsil sahəsində olan qaydalara əməl edilib-edilmədiyini

yoxlaya  bilər,  yəni  ictimai  qaydanın  ancaq  nizam-intizam ünsürü  ilə  əlaqədar

aktlar  verə  bilər;  o,  ictimai  təhlükəsizliklə  bağlı  fəaliyyət  icra  etməməlidir.

333


Eyni qaydada Səhiyyə Nazirliyi xüsusi mühafizə orqanıdır.

Ola bilər ki, nazirlik ümumi mühafizə orqanı olduğu halda, onun tərkibində

olan  inzibati  orqanların  hər  biri  ayrılıqda  xüsusi  bir  sahə  ilə  məşqul  olsunlar.

Məsələn,  rayon  icra  hakimiyyəti  ümumi  mühafizə  orqanı,  rayon  təhsil şöbəs i

isə xüsusi mühafizə orqanıdır  (eyni qaydada icra etdikləri fəaliyyət də belədir).

Bu hal onların səlahiyyət məsələsinə təsir göstərir.

Yerli  inzibati  orqanların  mühafizə  fəaliyyətini   də,  bir  qayda  olaraq  xüsusi

administrativ fəaliyyət kimi səciyyələndirmək lazımdır.

Xüsusi  mühafizə  fəaliyyətlərinin  bir  hissəsi  isə  ümumi  mühafizə  fəaliyyə-

tinin məqsədlərindən kənar, yəni təhlükəsizlik, nizam-intizam və sağlamlıq sa -

hələri  xaricində  fəaliyyət  göstərmək  üçün  qurulur.  Məsələn, lotoreya  oyunları,

yaxud da at yarışları üzərində nəzarəti həyata keçirmək buna misal ola bilər. Bu

şəkildə  qurulan  xüsusi  inzibati  mühafizə  xidmətləri  ilə  qorunmaq  və  təmin

edilmək  ictimai  asayişdən  fərqli  qaydadır.   Belə  xidməti  mühafizə  fəaliyyəti

uyğun xidməti yerinə yetirən nazirlik və ya inzibati orqanın əmri və məsuliyyəti

altında icra edilir.

333

Bununla belə, qanunver icilik Təhsil Nazirliyinin  məktəblərdəki təhlükəsizliyi təmin etmək üçün



Daxili İşlər Nazirliyi ilə bərabər tədbirlər görə biləcəyini nəzərdə tuta bilər.



Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   263   264   265   266   267   268   269   270   ...   789




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə