b) İnzibati mühafizə - siyasi mühafizə (siyasi polis)
332
Ölkəmizdə siyasi polis fəaliyyəti ni Milli Təhlükəsizlik Nazirliyi həyata ke-
çirir. Siyasi polisə siyasi mühafizə fəaliyyəti də demək olar. Siyasi polis fəaliy -
yəti etibarı ilə dövlətin təhlükəsizliyini qoruma məqsədini güddüyü üçün
inzibati mühafizə fəaliyyətinə daha yaxındır.
MTN-in fəaliyyətinin bir hissəsi (cinayət istintaqı) Cinayət Prosessual
Məcəlləsi ilə tənzimlənsə də, MTN-nin mühafizə fəaliyyətinin bir hissəsi də
“Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanunla tənzimlənir. MTN -in fəaliy-
yətini tənzimləyən və dövlət sirri sayılan gizli normativ sənədlər də var ki,
ictimaiyyətə açıqlanmır. MTN-nin gördüyü işlər arasında milli təhlükəsizlik
siyasəti ilə bağlı planların hazırlanması üçün hərbi, siyasi, iqtisadi, ticarət, ma -
liyyə, sənaye, elmi, texniki, bioqrafik və psixoloji məlumatları toplama, bu
məlumatları müvafiq administrativ orqanlara çatdırmaq da var. Görünür, siyasi
polisin funksiyası dövlətin və ölkənin müstəqilliyini və bütövlüyünü - millətin
varlığını və birliyini təmin etməyə yönəlir və bu cəhətdən onun funksiyaları
klassik mənada administrativ mühafizənin məqsədindən fərqlənir. Siyasi polisin
fəaliyyətinin əhəmiyyətli hissəsinə inzibati idarəetmə hüququ qaydaları şamil
olunmur. Lakin vətəndaşlarla əlaqədar icra etdikləri və hüquqi nəticə yaradan
fəaliyyətləri məhkəmə nəzarətinə tabe olur və hüququn əhatə sahəsinə daxildir.
332
“Siyasi polis” termini alman hüququndan gəlib.
|