B. MÜHAFİZƏ AKTLARI, ÜSULLARI VƏ SANKSİYALARI
İnzibati orqanlar mühafizə vəzifəsini bəzi aktlar çıxararaq və xüsusi üsullar
vasitəsilə bunlara əməl etməyənlər haqqında müxtəlif sanksiyalar tətbiq et-
məklə həyata keçirir.
1. Normativ və fərdi mühafizə aktları
Administrasiya mühafizə vəzifəsini, hər şeydən əvvəl, normativ aktlar qə -
bul etmək yolu ilə icra edir. Konstitusiyanın 148 və 149 -cu maddələri mərkəzi
icra hakimiyyəti orqanlarına və yerli icra hakimiyyətlərinə, 150 -ci maddəsi isə
bələdiyyələrə normativ aktlar qəbul etmək səlahiyyəti verir. İnsan hüquqlarının
məhdudlaşdırılmasında əsas prinsip bunları qanun növlü parlament aktı ilə hə -
yata keçirmək olsa da, qanunla bütün incəlikləri nəzərə almaq hər zaman müm -
kün olmadığı üçün bu incəliklərin nizamlanması vəzifəsi çox vaxt administra-
siyanın üzərinə qoyulur. Buna görə parlament belə hallarda çox vaxt prinsip və
əsasları müəyyən etməklə kifayətlənir. Dolayısıyla, ictimai asayişi təhlükə al -
tında qoyan hal və davranışların incəlikləri inzibati orqanların normativ aktları
ilə müəyyən olunur. Bu səbəbdən də, mühafizə sahəsində normativ aktlara çox
rast gəlinir. Bununla belə, 21.10.2005-ci il tarixli «İnzibati icraat haqqında»
Qanunun 11-ci maddəsi fərdi yükləyici inzibati aktların ancaq formal qanuna
dayana biləcəyinə əsaslanır. Bu tənzimləmə pozitiv hüququmuzda nisbətən
yenidir və praktikaya indi-indi bəlli olur.
Ən geniş sahədə normativ mühafiz ə aktlarını Nazirlər Kabineti qəbul edir.
Bu metod xüsusən unitar ölkələrdə tətbiq olunur.
334
Qanunçuluq prinsipinin
pozulmaması üçün müvafiq qanun NK-ya bu səlahiyyəti verməlidir. Məsələn,
«Sahibkarlıq fəaliyyəti haqqında» Qanun hansı növ sahibkarlıq fəaliyyətinin
334
Gözübüyük, Tan,
Dostları ilə paylaş: |