Dərs vəsaiti Bakı 2010 q a f q a z ü n I v e r s I t e s I



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə310/789
tarix12.04.2022
ölçüsü4,02 Mb.
#85384
növüDərs
1   ...   306   307   308   309   310   311   312   313   ...   789
inzibati-huquq

2. Yararlanma formaları

İctimai xidmətləri şəxslərin yararlanma formalarına görə də təsnifləşdirmək

mümkündür. Bura aşağıdakı xidmətlər daxildir:

a) Birbaşa və fərdi yararlanma imkanını təmin edən ictimai xidmə tlər

Şəxslər bəzi ictimai xidmәtlәrdәn administrasiya ilə ayrı-ayrı münasibətlərə

girmək  yolu ilə birbaşa yararlanır, məsələn, təhsil, səhiyyə, poçt, elektrik və s.

Məsələn  müalicə  olunmaq  üçün  xəstəxanaya  müraciət  etmək,  yaxud  məktub

göndərmək üçün poçta getmək kimi.

b) Dolayı və bərabər yararlanma təmin edən ictimai xidmətlər

Şəxslər  bəzi ictimai  xidmәtlәrdәn administrasiya  ilə  münasibətə  girmәdәn,

dolayı  olaraq  yararlanır.  Məsələn, şəhərsalma  və  abadlaşdırma  xidmətləri ndən

yararlanmaq  üçün,  vətəndaş  bir  qayda  olaraq  inzibati  qaydada  müraciət

etmədiyi kimi, hər hansı konkret bir ödəniş də aparmır .

3. SAHƏLƏR

İctimai xidmətləri sahələrə görə də ayırmaq mümkündür. Buna görə ictimai

xidmətləri administrativ, iqtisadi, sosial və elmi -texniki-mədəni xidmətlər kimi

dörd qrupa bölmək olar. İctimai xidmətlərin sahələrinə görә aparılan bu təsnifat

ictimai  xidmətlərin  tabe  olduğu  hüquqi  rejimi  müəyyən  etmə  baxımından  da

önəmlidir.  Bu  bölgü  hәr  cür  ictimai  xidmətdə  tətbiq  edilən  ictimai  vә  xüsusi

idarəetmə üsullarını n yerini vә həcmini də müəyyən edir.


Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   306   307   308   309   310   311   312   313   ...   789




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə