Dərs vəsaiti Bakı 2010 q a f q a z ü n I v e r s I t e s I



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə313/789
tarix12.04.2022
ölçüsü4,02 Mb.
#85384
növüDərs
1   ...   309   310   311   312   313   314   315   316   ...   789
inzibati-huquq

Fərhad Mehdiyev

180

latlanma və iş qaydalarıdır.

375

c) Sosial ictimai xidmətlər

Sosial ictimai  xidmətlər  dövlәt  vә  başqa  ümumi  hüquq  şəxslərinin  icra  et -

diyi,  pensiya  vә  ehtiyacı  olanlara  yardım  kimi  fәaliyyәtlərlə  yanaşı,   xüsusən

XX-ci əsrin ikinci yarısında inkişaf edən əmək/iş münasibətləri vә sosial təmi -

natla bağlı fәaliyyәtlərdir.

Sosial-ictimai xidmәtlәrin bir hissəsi dövlәtin inhisarındadır. Məsələn, iş vә

işçi  tapma  xidmətləri  dövlətin  monopoliyasında  ola  bilər.

376


Bunun əksinə,

sosial-ictimai xidmətlərin bir hissəsi isә özəl sektorla bərabər icra edilir. Məsə-

lən, işçilərin sosial tәhlükәsizlik işlәri ilə özəl sığorta şirkətlərinin etdikləri xəs -

təlik, qəza və ya həyat sığortaları arasında böyük bənzərlik var.

Məmurların pensiya işlәri istisna olmaqla , sosial ictimai xidmətlər sırf prak -

tik mülahizələrlə özəl hüquq rejiminə tabe tutulub. Bununla belə, sosial ictimai

xidmətlər  dә  iqtisadi-ictimai  xidmətlər  kimi,  bəzi  ünsürləri  vә  mәqsәdlәri  ilə

özəl sektorun fәaliyyә tindən fərqli oldu ğundan, müәyyәn ölçüdə ümümi hüquq

qaydalarına da tabedir. Hətta sosial ictimai xidmətlərə ümumi hüquq qaydaları -

nın  tətbiq  edilməsi  iqtisadi-ictimai  xidmətlərə  nisbətən  çoxdur.  Çünki  sosial

ictimai  xidmətlərdə  ictimai  mənafe  məqsədi  daha aşkar  olduğu  kimi,  bu  xid-

mətlərdə qazanç və məhsuldarlıq qayğısı da heç bir rol oynamır. Ayrıca sosial

ictimai  xidmətlərdə  bəzi  hallarda,  məsələn,  sosial  sığorta  kimi  məsələlərdə

şəxslər üçün hətta qatılma məcburiyyəti də nəzərdə tutulur.

Dövlət teatrları nəzərə alınsa, bunların verdiyi xidmət sosial mahiyyətdədir.

Habelə kitabxanalar baxımından da vəziyyət eynidir. Teatrların işlədilməsi  və

satılan  biletlərin  qiymətini  müəyyənləşdirmədə  əlbəttə  ki  xüsusi  hüquq

prinsipləri  tətbiq  olunmur.  Dövlət  teatrları əsasən  büdcə  dəstəyi  ilə  fəaliyyət

göstərirlər.


Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   309   310   311   312   313   314   315   316   ...   789




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə