Dərs vəsaiti Bakı 2010 q a f q a z ü n I v e r s I t e s I


b) İqtisadi ictimai xidmətlər



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə312/789
tarix12.04.2022
ölçüsü4,02 Mb.
#85384
növüDərs
1   ...   308   309   310   311   312   313   314   315   ...   789
inzibati-huquq

b) İqtisadi ictimai xidmətlər

İqtisadi-ictimai  xidmətlər iqtisadiyyat  sahəsində  və əsasən  mal istehsalı  və

ya  xidmət  göstərilməsi şəklində  olur.  Məsələn,  administrasiya  yerli  ehtiyacı

ödəmək  və  bazarda  hər  kəsin  nisbətən  ucuz  qiymətə  maşın  ala  bilməsi  üçün

avtomobil zavodu tikə bilər. Lakin bu cür fəaliyyət çox vaxt sahibkarlıq fәaliy-

yәti  ilə  yanaşı  aparıldığından,  iqtisadi-ictimai  xidmətlər  bazar  iqtisadiyyatının

və ticarətin qaydalarına uyğun icra edilməlidir. Bu səbəbdən də iqtisadi -ictimai

xidmətlər  fəaliyyət  vә  xarici  münasibətlər  baxımından əsasən özəl  hüquq

qaydalarına  tabedir.  Bununla  belə,  iqtisadi-ictimai  xidmətlər  bəzi  ünsürləri  vә

mәqsәdlәri  ilə  xüsusi  sahibkarlıq  fәaliyyәtindən  fərqlidir. Birincisi,  bu  ictimai

xidmətlər  qanunla  vә  ya  qanunun  açıq  şəkildə  verdiyi  sәlahiyyәtә  əsasən  inzi -

bati hüquqi aktla qurulur. Habelə bu xidmətin malvarlığını dövlət vә ya ümumi

hüquq şəxsləri verir vә ictimai əmlak mahiyyətindədir. Onların personalının bir

hissəsi də inzibati / administrativ qulluqçulardır. Dördüncü fərq ondan ibarətdir

ki, bu  xidmәtlәr  qazanç  vә  məhsuldarlıq əsaslarına  görә  aparılmalarına

baxmayaraq,  onların әsl  məqsədi  qazanç  əldə  etmək  deyil,  ictimai  ehtiyacları

ödəmək  yolu  ilə  ictimai  mənafeyi  tәmin  etmәkdir.  Bütün  bu  səbəblərdən  də

fəaliyyət vә xarici münasibətlər baxımından xüsusi hüquq qaydalarına tabe olan

iqtisadi-ictimai xidmətlərə müәyyәn dərəcədə ümu-mi hüquq qaydaları da tətbiq

edilir.


374

  Məsələn,  ictimai  xidmətlərə  hakim  olan  daimilik,  nizam -intizam,

dəyişkənlik, obyektivlik vә bərabərlik prinsipləri iqtisadi -ictimai xidmətlərə dә

tətbiq  edildiyi  kimi,  bu  xidmətlərin  icrasında  dövlətləşdirmə,  cərimə  kəsmə,

administrativ  müqavilə  bağlama  kimi  hakimiyyət  sәlahiyyәtləri  və  ümumi

hüquq üsulları da tətbiq edilir.

Administrativ (klassik) ictimai  xidmətləri,  iqtisadi-ictimai  xidmətlərdən

fərqləndirən  cəhətlər  xidmətin  mövzusu,  maliyyələşdirmə  forması,  təşki -

373

Gözübüyük, Tan, I Cild, s. 438



374

Günday, s. 229





Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   308   309   310   311   312   313   314   315   ...   789




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə