Dərs vəsaiti Bakı 2010 q a f q a z ü n I v e r s I t e s I


 Xüsusi idarəetmə üsullarına tabe xidmәtlәr qarşısında şəxslərin



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə320/789
tarix12.04.2022
ölçüsü4,02 Mb.
#85384
növüDərs
1   ...   316   317   318   319   320   321   322   323   ...   789
inzibati-huquq

2. Xüsusi idarəetmə üsullarına tabe xidmәtlәr qarşısında şəxslərin

statusu

Şəxslərin  xüsusi  idarəetmə  üsullarına  tabe  ictimai  xidmətlər  qarşısındakı

statusu  nədir?  Başqa  cür  desək,  bu  xidmətlərdən  yararlanmaqla  bağlı  şəxslər

hansı hüquq və öhdəliklər daşıyırlar? Xüsusən iqtisadi-ictimai xidmətlər zamanı

şəxslərin  statusu  ilk  baxışda  ticarət  müəssisənin  müştərisi  ilə  münasibətini  xa -

tırladır.  Sanki  onlar  arasında  müqavilə  münasibətləri  var.  Ancaq  bu  xidmәtlәr




İnzibati hüquq

183

dә müәyyәn ölçüdə ümumi hüquq qaydalarına tabedir, buna görə də adı çəkilən

münasibət adi müqavilə münasibəti/mülki hüquq münasibəti sayıl mamalıdır.

Vətəndaşlar bu xidmәtlәrdәn yararlanmağa namizəd olarkən , ictimai idarə-

etmə üsullarına görə icra edilən xidmətlərdə olduğu kimi , obyektiv ictimai hü-

quqi  statusa  sahib  olurlar.  Dolayısıyla,  bərabərlik  prinsipinə  görə,  xidmətdən

yararlanmağı administrasiyadan tələb edə biləcəkləri kimi, xidmətdən yararlan-

malarını əngəlləyən  inzibati  hüquqi  aktların  dә  hüquqa  zidd  olduğunu  irəli

sürərək bu aktların ləğv edilməsi üçün iddia qaldıra bilərlər. Bununla belə, fərd -

lər bu xidmәtlәrdәn yararlananlar statusuna müqavilə ilə girirlər. Ancaq müştəri

(abonement) müqaviləsi adlandırılan bu cür müqavilələr hər bir şəxs üçün fərqli

müddəalar müəyyən etmir və standart olur (məsələn, elektrik enerjisindən fay-

dalanma,  yaxud  rabitə  xidmətləri  üçün  bağlanan  müqavilələr).  Bu  müqavilələr

də, şərtləri  normativ  aktla  tənzimləndiyi  üçün,  əslində ,  qatılma  müqaviləsidir.

Onlar  bütün  şəxslər  üçün  eyni  müddəa  vә şərtlər  müəyyən  edir.  Buna  görə

fərdlər  xüsusi  idarəetmə  üsulları  ilə  idarə  olunan  xidmәtlәr  qarşısı nda  yarar-

lananlar olaraq qarışıq, yəni obyektiv-xüsusi hüquqi statusa sahib olurlar. Başqa

bir  sözlə,  bundan  yarana  biləcək  hüquqi  mübahisələrə,  xüsusən  inhisarçı

qaydada verilən xidmətin varlığında, ümumi hüquq qaydaları tətbiq oluna bilər.


Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   316   317   318   319   320   321   322   323   ...   789




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə