statusu nədir? Başqa cür desək, bu xidmətlərdən yararlanmaqla bağlı şəxslər
şəxslərin statusu ilk baxışda ticarət müəssisənin müştərisi ilə münasibətini xa -
tırladır. Sanki onlar arasında müqavilə münasibətləri var. Ancaq bu xidmәtlәr
İnzibati hüquq
183
dә müәyyәn ölçüdə ümumi hüquq qaydalarına tabedir, buna görə də adı çəkilən
münasibət adi müqavilə münasibəti/mülki hüquq münasibəti sayıl mamalıdır.
Vətəndaşlar bu xidmәtlәrdәn yararlanmağa namizəd olarkən , ictimai idarə-
etmə üsullarına görə icra edilən xidmətlərdə olduğu kimi , obyektiv ictimai hü-
quqi statusa sahib olurlar. Dolayısıyla, bərabərlik prinsipinə görə, xidmətdən
yararlanmağı administrasiyadan tələb edə biləcəkləri kimi, xidmətdən yararlan-
malarını əngəlləyən inzibati hüquqi aktların dә hüquqa zidd olduğunu irəli
sürərək bu aktların ləğv edilməsi üçün iddia qaldıra bilərlər. Bununla belə, fərd -
lər bu xidmәtlәrdәn yararlananlar statusuna müqavilə ilə girirlər. Ancaq müştəri
(abonement) müqaviləsi adlandırılan bu cür müqavilələr hər bir şəxs üçün fərqli
müddəalar müəyyən etmir və standart olur (məsələn, elektrik enerjisindən fay-
dalanma, yaxud rabitə xidmətləri üçün bağlanan müqavilələr). Bu müqavilələr
də, şərtləri normativ aktla tənzimləndiyi üçün, əslində , qatılma müqaviləsidir.
Onlar bütün şəxslər üçün eyni müddəa vә şərtlər müəyyən edir. Buna görə
fərdlər xüsusi idarəetmə üsulları ilə idarə olunan xidmәtlәr qarşısı nda yarar-
lananlar olaraq qarışıq, yəni obyektiv-xüsusi hüquqi statusa sahib olurlar. Başqa
bir sözlə, bundan yarana biləcək hüquqi mübahisələrə, xüsusən inhisarçı
qaydada verilən xidmətin varlığında, ümumi hüquq qaydaları tətbiq oluna bilər.
Dostları ilə paylaş: