Dərs vəsaiti Bakı 2010 q a f q a z ü n I v e r s I t e s I



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə328/789
tarix12.04.2022
ölçüsü4,02 Mb.
#85384
növüDərs
1   ...   324   325   326   327   328   329   330   331   ...   789
inzibati-huquq

İnzibati hüquq

189

sayılır  və  xarici  (idarəetmə  orqanlarının  xaricində)  təsirləri  yoxdur.  Bunlarda

“icra” xüsusiyyəti də yoxdur. İnzibati funksiyanın gerçəkləşdirilməsində hüquqi

idarəetmə formları önəmli olanları qəbul edir. Hüquq elmini maraqlandıran d a

onlardır. Digər tərəfdən, bunlarla hakimiyyət səlahiyyətləri həyata keçirilir.

Nəzəriyyədə  olan  hüquqi  və  hüquqi  olmayan  idarəetmə  formaları  bölgüsü

alman inzibati hüququndan ğötürülüb. Düzdür, bu institutların tərkibi tam eyni

deyil. Alman inzibati hüququnda da idarəetmə orqanlarının fəaliyyəti hüquqi və

qeyri-hüquqi olaraq iki yerə ayrılır. Hüquqi funksiya - ümumi hüquq sahəsində

səlahiyyət hədləri daxilində dövlət iradəsinin ortaya qoyulmasını ifadə edir.

392

Hüquqi  idarəetmə  formaları hansı şəkildə  üzə çıxır?  Bunlar inzibati



qərarların  (hüquqi  aktların)  qəbul  edilməsi, inzibati müqavilələrin  bağlanması

və  hüquqi  əhəmiyyətli  hərəkətlər  kimi  qarşıya  çıxır.  Bu   məqamda  onu  qeyd

etməliyik  ki,  Rusiya  hüququnda inzibati  hüquqi akt  dar  mənada ələ  alınır:

məsələn,  idarəetmə  orqanlarının  bir  təşkilatı  qeydiyyata  almaqdan  imtina

etməsi  və  ya  pasportun  verilməməsi  inzibati  hüquqi  akt  sayılmır  və  “hüquqi

əhəmiyyətli hərəkət” kimi qəbul olunur.

393

Təəssüflə  qeyd  etməliyik  ki,  Rusiya  hüququnda idarəetmə  fəaliyyətinin



formaları belə təfsilatlı formada göstərildiyi halda, idarəetmə fəaliyyəti (inzibati

fəaliyyət)  institutunun  özü  ayrıca  və tam tədqiq  edilməyib.  Bunun  səbəbini

düşünsəniz  siz  də  taparsınız.  Belə  ki,  inzibati  fəaliyyət  sizə  orda  lazım  olur  ki,

siz  ona  ümumi  hüquq  qaydalarını  tətbiq  edərək  o  məsələni  inzibati

məhkəmələrdə  yoxlayasınız.  SSRİ -də  isə  bunların  heç  birisi  yox  idi,  ümumi

hüquq  sahəsi  də  müasir  Rusiyada  tam  formalaşmayıb. Avropada  inzibati

idarəetmə  hüququnda  “idarəetmə  fəaliyyəti”  termininin  üzərində  dayanılması

önəmli  sayılır. Əgər  özəl  hüquqa  tabe  hüquqi şəxslərin  aktları  “ inzibati

fəaliyyət”  kimi  ortaya  çıxarsa, bunlar ümumi  hüquq  rejiminə  tabe  ol malıdır.

Lakin  həm  Azərbaycan,  həm  də  Rusiya  hüququnda  hakim  olan  anlayışa  görə,

inzibati aktın orqanik ünsürü ancaq dövlət gücünü icra edən administrativ orqan

olduğundan, idarəetmə fəaliyyətinin bu şəkildə izah edilməsi mümkün olmurdu.

Aşağıda  da  göstəriləcəyi  kimi,  “idarəetmə  fəaliyyəti”  terminini  ortaya  qoymaq

Azərbaycan  hüququnda  da  zəruridir.  Müsbət  inkişaf  kimi  qeyd  etməliyik  ki,

İİHQ  2.0.1-ci  maddəsində  “inzibati  orqan”  adı  ilə  hakimiyyət  səlahiyyətlərini

tətbiq edən hər hansı orqanı, hətta fiziki və hüquqi şəxsi də ifadə edir. Deməli,

xüsusi hüquq şəxsləri də artıq bizim qanunvericiliyə görə, inzibati  funksiya icra

etdikdə  inzibati  orqan  sayılacaq.  Aşağıda mövzu  daha ətraflı  şəkildə  tədqiq

392

Гудошников  Л.M.,  Жданов A.A.,  Козырин A.Н.




Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   324   325   326   327   328   329   330   331   ...   789




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə