Dərs vəsaiti Bakı 2010 q a f q a z ü n I v e r s I t e s I


Теория  государства  и  права



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə331/789
tarix12.04.2022
ölçüsü4,02 Mb.
#85384
növüDərs
1   ...   327   328   329   330   331   332   333   334   ...   789
inzibati-huquq

Теория  государства  и  права

,  Издательство

«Зерцало», Москва, 1998, s. 342.

400


Бельский, Козлов, Колибаба, s. 269.


Fərhad Mehdiyev

192

A. İNZİBATİ HÜQUQİ AKTIN ÜNSÜRLƏRİ

Cinayət  hüququnda,  cinayətin  əlamətləri  və  cinayət  tərkibi  anlayışı  var.

Alman  hüququnda  buna,  “cinayət  nəzəriyyəsi”  də  deyilir. Bu  nəzəriyyənin

məqsədi  ondan  ibarətdir  ki,  cinayətləri  daha  xırda  tərkib  hi ssələrinə  ayıraraq,

insan davranışının konkret olaraq hansı cinayəti yaratdığını daha dəqiq müəyyən

etmək  mümkün  olsun.  Habelə  bununla,  əməlin  cinayət  təşkil  edib -etmədiyi,

təkrarın,  cənayətlərin  çoxluğunun  kimi  halların  olub -olmadığı  daha  qəti  əmin -

liklə müəyyən olunur.

İnzibati hüquqda da, inzibati aktı ünsürlərə ayıraraq tədqiq etmənin məqsədi

budur  ki,  aktın  hüquqa  uyğunluğu  mübahisə  edildikdə,  bunu  müəyyən  etmək

obyektiv  qaydalarla  mümkün  olsun.  Beləliklə  biz,  inzibati  orqanın  davranışını

daha dəqiq şəkildə hüquqa uyğunluq analizindən keçirə bilərik.

Rusiya  hüququnda  inzibati  hüquqi  aktın  ünsürləri  ilə  bağlı  nəzəri  tədqiqat

aparılmayıb.  Daha  çox  inzibati  hüquqi  aktın  özəllikləri  tədqiq  olunub  (bunlar

aşağıda bir bölmədə tədqiq edilib). Bununla belə, nəz əriyyə və qanunvericiliyin

ortaq tədqiq edilməsi nəticəsində inzibati hüquqi aktın ünsürlərinı tədqiq etmək,

sintetik  metodun  tətbiqi  yolu  ilə  müəyyən  dəyərləndirmə  aparmaq  mümkün-

dür.


401

İnzibati  hüquqi  aktın  ünsürlərinın  başında  “orqanik  ünsür”  (səlahiyyət li

orqan)  dayanır.

402


  Inzibati  hüquqi  aktın  administrativ  orqanlar,  yəni  dövlət  və

bələdiyyə  orqanlarında  çıxarılması  başlıca  ünsürdür.  Administrativ  orqanların

akt qəbul etməsi qanunvericilikdə onun xüsusi hüquqi rejimə tabe etdirilməsinin

ən əhəmiyyətli, bəzən yeganə meyarıdır. Orqanik ünsür əsas götürülərək inzibati

hüquqi aktların fərqli hüquqi rejimə tabe edilməsi - prosessual və maddi hüquq

baxımından  etibarsız  (hüquqa  uyğunluq)  və  qanunsuz  sayılması  üçün  iddia

qaldırmağa və ya məhkəməyə müraciət etməyə səbəb kimi qarşıya çıxır.

Hakimiyyətlər  bölgüsü  prinsipi ışığında  fərqli  hakimiyyət  qolları

öz

funksiyaları  xaricində  bir-birilərinin  vəzifə  sahəsinə  və  qərarlarına  qarışmama -



larıdır;  bununla bağlı ortaya  çıxan orqanik  meyara  görə,  aktın  məzmunundan

asılı olmayaraq onun tabe olduğu hüquqi rejim müəyyən edilir.

403

Lakin inzibati



hüquqi  aktın  orqanik  ünsürünun  bu  formada  tədqiqi,  Azərbaycan  hüququ

baxımından  da  yetərli

olmayacaq.

Çünki  bəzi  hallarda  mәhkәmә  və

qanunvericilik  orqanlarının  çıxardığı  aktlar da, inzibati  hüquqi  aktlardan

401


Buradaki problemlərdən biri inzibati aktın qanunvericiliklə tənzimlənmiş mülki hüquq sahəsin-

dəki  “hüquqi akt” tərifi ilə uyuşmamasıdır.

402

Козырин, Штатина, Зеленцов, s. 253.



403

Erkut, s. 61.





Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   327   328   329   330   331   332   333   334   ...   789




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə