Dərs vəsaiti Bakı 2010 q a f q a z ü n I v e r s I t e s I



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə333/789
tarix12.04.2022
ölçüsü4,02 Mb.
#85384
növüDərs
1   ...   329   330   331   332   333   334   335   336   ...   789
inzibati-huquq

Fərhad Mehdiyev

194

hüququ başda olmaqla dövlət qulluğuna daxil olmaq hüququ, fikir və söz azad -

lığı,  birləşmək  hüququ,  vətəndaşlıq  hüququ  kimi  hüq uqlardır. Digər  tərəfdən,

hərbi çağırışla əlaqədar inzibati aktın mülki öhdəliklərlə əlaqədar olduğu fikrini

irəli sürmək çətindir. Bu məsələdə Avropa Məhkəməsinin Konvensiyanın 6.1-ci

maddəsində nəzərdə tutulan “mülki hüquq və öhdəliklərə” nələri daxil et diyini

də unutmamalıyıq.

Almaniya Administrativ-Prosessual Qanununun 35-ci maddəsinə görə, inzi-

bati aktlar, məsələn, fərdi aktlar ancaq

ümumi hüquq sahəsində

 qəbul edilir və

onlar  xaricə  yönəlik  fərdi  münasibətləri  tənzimləyən  birtərəfli  və  icra  edilməli

göstəriş və qərarları ifadə edir.

405

 İnzibati aktların ümumi hüquq sahəsi ilə bağ-



lılığı fransız, italyan, ispan və türk inzibati hüququnda da vardır. Bununla belə,

bu ölkələrin hüququnda inzibati akt hüquqi



aktın

 bir növü sayılır və hər hansı

nəzəri tənqidə də məruz qalmır.

406


İİHQ-nun  2.0.2-ci  maddəsi  də  inzibati  aktları  ümumi  hüquq  sahəsində

qəbul  edilən  aktlar  adlandırır.  Bununla  belə,  aydındır  ki,  inzibati  aktlar  mülki

hüquqların yaranması üçün də əsas təşkil ed ə bilər. Məsələn, yerli icra hakimiy-

yətinin  torpaq  sahəsinin  ayrılmasına  dair  inzibati  aktı  maraqlı  şəxsə  torpaq

üzərində  icarə  və  ya  istifadə  hüququ  tanıyır  ki,  bu  hüquqlar  da  mülki  hüquq -

lardır. Bununla belə, daha əvvəl verdiyimiz izahatlarda göstərmişdik ki, inzibati

aktlar mütləq qaydada

hüquqi əqd

 hesab olunmur (olunmaya bilər).

Bu  açıqlamalardan  sonra  inzibati  hüquqi  aktda  hüquqi əqdin  ünsürlərinin

olmadığı fikrini irəli sürmək mümkündürmü? Mülki Məcəllə ilə yanaşı hüquqi

əqdin əsas ünsürləri inzibati hüquqi aktda da mövcud olur. Azərbaycanda ümu-

mi  mәhkәmә  sistemi  rejiminin  olduğunu  da  unutmamalıyıq.  Sadəcə,  inzibati

aktdakı iradə ifadəsinin sırf mülki öhdəlik və hüquqlara təsir edən iradə ifadəsi

olmadığını,



maraqlı şəxsin razılığına ehtiyac olmadan

konkret hüquqi nəticəyə

yol açan iradə ifadəsi olduğunu qəbul etməliyik.

407


İradə/səlahiyyət

:  Beləliklə,  orqanik  ünsürdən  sonra inzibati  hüquqi aktın

ikinci əhəmiyyətli  ünsürü  “iradə”dir.  Bu  ünsürün  əhəmiyyətli  özəllikləri  var.

Birincisi, inzibati hüquqi aktdakı



administrativ

 iradə ünsürü məhdudlaşd ırılmış

iradədir. İnzibati hüquqi aktlar ancaq qanunla və ya inzibati normativ aktla nə-

zərdə  tutulmuş  məsələlərdə/mövzularda  qəbul  edilə  biləcəyi  üçün inzibati  hü-

405

Гудошников, Жданов, Козлов, s. 120.



406

Almaniyada inzibati aktlar mülki hüquqi ə qdin bir növü sayılmır.

407

Mülki Məcəllənin 14-ci maddəsinin tənzimləməsində də inzibati hüquqi aktın təkcə mülki hüquq



və öhdəliklərin yaranmasına səbəb olmaqla məhdudlaşmadı ğı aydın olur. Qanunda “mülki hüquq

və  öhdəliklərin  yaranmasını



nəzərdə  tutan

  inzibati  aktlar”dan  açıq  bəhs  edilir.  Deməli,  bunu

nəzərdə tutmayan inzibati  aktların olması da təbii olaraq mümkündür.




Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   329   330   331   332   333   334   335   336   ...   789




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə