Dərs vəsaiti Bakı 2010 q a f q a z ü n I v e r s I t e s I


Административное  право  зарубежных



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə329/789
tarix12.04.2022
ölçüsü4,02 Mb.
#85384
növüDərs
1   ...   325   326   327   328   329   330   331   332   ...   789
inzibati-huquq

Административное  право  зарубежных

стран

, Издательство «Спарк», Москва, 1996, s. 121.

393

Бельский, Козлов, Колибаба, s. 258.




Fərhad Mehdiyev

190

edilir.


Onu  qeyd  etməliyik  ki,  bu  kitabda  inzibati  hüquqi  aktlar məsələsi

müqayisəli şəkildə  tədqiq  edilib.  Bəzən  birbaşa,  bəzən  isə  dolayı şəkildə

müəyyən  ölçüdə  müqayisəli  hüquqa müraciət  edəcəyik. İrəlidə  göstəriləcəyi

kimi,  inzibati  hüquqi  akt  institutu  köhnə  sovet  hüquq  sistemini  davam  etdirən

Azərbaycanda  çox  aşırı  sayılan  fərqli  xüsusiyyətlərə  də  sahib  deyil. İnzibati

aktın  xüsusiyyətləri  baxımından  yaxınlıq, əslində, idarəetmə  fəaliyyətinin

xüsusiyyətlərindən  irəli  gəlir.  Bu  hal  da  müxtəlif  hüquq  sistemlərində  ortaq

ehtiyacdır. İnzibati hüquqi aktın birtərəfliyi, etibarlı/hüquqauyğun sayılması və

icra  kimi  özəlliklər  hakimiyyətin  administrasiya  vasitəsilə  isti fadəsinın

nəticəsidir.  Müqayisəli  hüquq  baxımından  məhkəmə  nəzarətinin  meyarlarına

gəldikdə, bu sahədə ölkəmizdə çoxlu çatışmazlıq olduğundan, aktların ünsürləri

məsələsində də fikir birliyi yoxdur.

Vedelin, Brebanın və Çeçotun Rusiyanın İnzibati idarəetmə hüququna təsir-

ləri var və onlar müxtəlif elmi görüşlərə təsir göstəriblər.

394

 Məsələn, Avropa-



dakı “kollegial akt” institutu Rus hüququnda fransızcada olduğu kimi “kollegial

akt”  adlandırılır.  Başqa  bir  misal idarəetmə  fəaliyyətinin   hüquqa  uygunluğuna

nəzarət edəcək administrativ məhkəmə sisteminin gərəkliyinin də Rusiyada irəli

sürülməsidir.

395

  Rusiya inzibati  hüququnda  inzibati  məhkəmə  rejiminin  va-



cibliyi fikri getdikçə daha çox səslənir. Rusiyada inzibati ədliyyə islahatını hö -

kümət də dəstəkləyir. Fransanın administrativ mühakimə qaydalarının Rusiyada

yeni məhkəmə islahatında əks olunduğunu demək mümkün deyil. İndi Rusiya -

da  inzibati ədliyyənin  qurulması  onun  ümumi ədliyyə  məhkəmələrindən  ayrıl -

ması  məqsədini  güdür.

396


  Bu  mәhkәmә  sisteminə  xüsusi  hüquq  qaydalarının

deyil,  ümumi  hüquq  qaydalarının  tətbiq  ediləcəyinin  açıqca  qeyd  olunması

Rusiya inzibati  hüququnun  daha  da  inkişaf  edəcəyi  və  inzibati  ədliyyə  rejimi -

nin  bərqərar  olacağını  göstərir.

397

  Beləliklə,  son  dövrdə İnzibati  idarəetmə  hü-



ququ  nəzəriyyəsinə   fransız inzibati  hüquq  qaydalarının  daxil  olduğunu,

müqayisəli  hüququn  onun  üçün  dolaylı  bir  mənbə  təşkil  etdiyini  irəli  sürmək

mümkündür. Ölkəmizdə də inzibati məhkəmələr sisteminin qurulmasına Alma -

niyanın GTZ təşkilatı yaxından kömək göstərir.

İnzibati hüquqi akt institutu pozitiv hüquqa daxil olsa da, qəti və müfəssəl

şəkildə  tənzimlənmədiyi üçün, əsaslı  şəkildə  ancaq  nəzəriyyədə  əksini  tapır.

Bu, müqayisəli hüququn təsirini daha da artırır.

394


Bu tendensiya adı çəkilən müəlliflərin əsərlərinin rus dilinə tərcümə edilməsi ilə başlayıb.

395


Abdullayev,

İnzibati hüquq,

s.70.


396

Масленников, s. 11.

397

Попова, s. 32.





Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   325   326   327   328   329   330   331   332   ...   789




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə