Dərs vəsaiti Bakı 2010 q a f q a z ü n I v e r s I t e s I



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə332/789
tarix12.04.2022
ölçüsü4,02 Mb.
#85384
növüDərs
1   ...   328   329   330   331   332   333   334   335   ...   789
inzibati-huquq

İnzibati hüquq

193

şikayətlərə  baxılması  qaydalarına  görə  tədqiq  edilir.  Bu  aktlar  “ inzibati

fəaliyyət”  nəticəsində  yaranan  aktlardır.  Məsələn,  məhkəmə  sədrinin  məhkəmə

işçiləri  ilə  əlaqədar  aktları -  aylıq  maaşdan  kəsmə,  işdən  çıxarmaya  dair

aktlarının  hüquqa  uyğunluğu  inzibati  hüquqi  aktların  mühakimə  qaydalarına

görə  yoxlanır.  Hətta  məhkəmə  sədrinin  işlərin  hakimlər  arasında  bölüşdürməsi

məsələsi də, mahiyyətçə inzibati qərardır.

404


Əvvəlcə  xüsusi  hüquq  şəxslərinin  hüquqi  aktları  “inzibati  fəaliyyətə”  daxil

olsa  da,  inzibati  hüquqi  akt kimi qəbul  edilmirdi.  Lakin  qeyd  etdiyimiz  kimi,

İİHQ  “inzibati  orqanlar”  terminini  genişləndirdiyi  üçün,  artlq ölkəmizdə də

xüsusi  hüquq  şəxsləri  də  (məsələn, sabiq BARMEK  kimi)  artıq  inzibati  akt

qəbul  edə  biləcək. Xaricdə  bunlar  daha  yayğındır,  buna  PPP –  Public-Private

Parthnership, ya da ki



concession

adlandırırlar.

İnzibati hüquqi aktın ünsürləri mövzusundan danışarkən inzibati hüquqi ak-

tın  mülki  hüquq  baxımından  hüquqi əqd olub-olmadığı  üzərində  də  dayanmaq

lazımdır.  AR  Mülki  Məcəlləsinin  324-cü  maddəsində  hüquqi  əqdə  belə  tərif

verilir: «



Hüquqi əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilmə -

sinə və ya xitamına yönəldilmiş birtərəfli, iki və ya çoxtərəfli iradə ifadəsidir»

.

Yenə eyni qanuna görə, mülki hüquq münasibəti mülki hüquqlar və ya öhdəlik-



lərlə bağlı hüquq münasibətidir. Mülki hüquqlar və öhdəliklər də mülki qanun -

vericiliklə tənzimlənən hüquq və öhdəliklərdir.

Mülki Məcəllənin 14-cü maddəsi mülki hüquq və ya öhdəliklərin yaranma-

sının əsaslarını göstərib. Adı çəkilən maddəyə  görə, idarəetmə vahidlərinin çı -

xardığı,  mülki  hüquq  və  öhdəliklərin  yaranmasını  açıq  şəkildə  nəzərdə  tutan

aktlar da hüquqi əqd sayılacaq.

Məsələ bundadır ki, AR Mülki Məcəlləsininin tənzimləməsinə görə, hüquqi

əqddə axtarılan hər hansı hüquqi nəticə deyil, mülki hüquq və öhdəliklərə təsir

göstərən  hüquqi  nəticələrdir.  Əsl  problem  “mülki  hüquq  və  öhdəliklərin”  tam

olaraq hansı hüquq və öhdəliklərdən ibarət olduğunu müəyyən etməkdir. Mülki

qanunvericilik xaricində  yer  alan  hüquq  və  öhdəliklər  də  mülki  hüquq  və  öh-

dəlik kimi nəzərə alınmalıdırmı?

İnzibati hüquqi aktların hamısı mülki hüquq və öhdəliklərə təsir göstərmir.

Məsələn,  siyasi  hüquqlara  aid  aktların  mülki  hüquq  və  öhdəliklərə  təsir

göstərdiyi fikrini irəli sürmək çәtindir. Siyasi hüquqlar və vəzifələr şəxsin siya -

si həyata qatılmasına imkan verən mexanizmlərdir. Bunlar seçmək və seçilmək

404

Əsədov B.,  “Mülki prosessual qanunvericiliyin məhkəmələr tәrәfindәn tətbiqi problemləri”,  14



Dekabr  2002-ci ildə Bakı/Azərbaycanda Ədliyyə Nazirliyinın keçirdiyi  “Mülki prosessual və

cinayət prosesual qanunvericiliyin məhkəmələr tәrәfindәn tətbiq problemləri” konfransında

edilən prezentasiya.




Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   328   329   330   331   332   333   334   335   ...   789




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə