Dərs vəsaiti Bakı 2010 q a f q a z ü n I v e r s I t e s I



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə334/789
tarix12.04.2022
ölçüsü4,02 Mb.
#85384
növüDərs
1   ...   330   331   332   333   334   335   336   337   ...   789
inzibati-huquq

İnzibati hüquq

195

quqi aktın  iradə  ünsürü  bunlarla  məhdudlaşır.  Məsələn,  Azərbaycan  Respubli -

kasınin “Təhsil haqqında” Qanununun “Azərbaycan Respublikası Xalq Təhsili

Nazirlıyi” adlı 31-ci maddəsi Təhsil Nazirliyinə təhsil sahəsində müxtəlif səla-

hiyyətlər verir.

408


İradə ünsürünun başqa əhəmiyyətli xüsusiyyəti , pozitiv tənzimləmə ilə səla -

hiyyət  verilmiş iradənin  olmasıdır.  Bunların  reallaşmaması  inzibati  hüquqi

aktın  etibarsızlığına  səbəb  olur.

409


  Dolayısıyla  inzibati  hüquqi  aktda  iradə

ifadəsini səlahiyyətli iradə sahibi bildirməlidir. Bu, inzibati hüquqi aktın ikinci

ünsürünun  ayrılmaz  cəhətidir.  Demək  mümkündür  ki,  mülki  hüquq əqdlərində

olan  “iradə”  ünsürü,  inzibati  idarəetmə  hüququnda  “səlahiyyətə”  çevrilir.

Səlahiyyətsiz  orqanın  qəbul  etdiyi  inzibati  akt  etibarsiz/əhəmiyyətsiz  sayıla -

cağından səlahiyyət (iradə) aktın zəruri tərkib hissəsi kimi çıxış edir.



Prosedura:

əqdlərin xüsusi hüquq sahəsində daha dar və məhdud çərçivədə

müəyyən  icraat qaydası (proseduru)  var. Misal  kimi  bunlardan ən  ağırı  xüsusi

hüquq əqdinin notarial formada bağlanmasıdır. Lakin ümumi hüquq sahəsində

forma  və  prosedur şərti  daha  yayqındır,   çünki  forma  şərtləri  əslində  təminat

məqsədini  daşıyır.  Bu  səbəbələ, ş əxsin  hüquq  və  azadlıqlarının özbaşınalığa

qarşı qorunması, idarəetmə  fəaliyyətinin   düzgün  işləməsi  üçün fərma  və

prosedur


ələbləri

geniş  şəkildə  tətbiq  olunur.  Sovet

inzibati  hüquq

nəzəriyyəsində  də  forma  və  üsul  qaydalarına əməl  edilməməsi  inzibati  hüquqi

aktların  ləğv  edilməsi  üçün  əsas  sayılırdı.

410


  Inzibati  hüquqi  aktların  müəyyən

üsul  və  formaya  uyğun  çıxarılması  “üsul  və  forma” şərtini  aktın  ünsürünə

çevirirmi?

Bu  məsələdə aşağıdakı meyarı tətbiq etməklə üsul və  forma şərtinin ünsür

olduğunu ortaya qoymaq mümkündür. Bu meyarı ayrıca, “səlahiyyətli iradənin”

aktın tərkibindəki yerini müəyyən etmək baxımından da tətbiq etmək mümkün -

dür. Ünsür  müəyyən obyekt  və  ya anlayışın olması  şərtini, zəruri tərkib hissə -

sini  tәşkil  edir  və  bu  nöqtədən  baxılanda  “



sine  qua  non

”  xüsusiyyəti  daşıyır.

Buna görə həm iradənin səlahiyyətli olması, həm də forma və prosedura uyğun -

luq  şərtinə  əməl  edilmədiyi  halda  aktın  “əhəmiyyətsizliyinə”  səbəb  ola  bildi -

408

Bu  səlahiyyətlərə  qanunla  müəyyən  edilmiş  təhsil  stand artlarına  nəzarət,  yeni  təhsil  standart-



larının  yaradılması,  dərs  vəsaitinin  hazırlanması,  təhsil  fəaliyyəti  ilə  məşgul  olmaq  üçün  lazımi

icazənin verilməsi kimi səlahiyyətlər aiddir və bunlar əlaqədar maddə də göstərilib.

409

Nəzəriyyədə  səlahiyyətsiz  iradə  ifadəsinin  aktı  nə  vaxt  əhəmiyyətsiz  edə  biləcəyinə  dair  dəqiq



qayda  olmasa  da,  bu  meyarları  irəli  sürmək  mümkündür:  Səlahiyyətə  müdaxilə  funksiyanın

mənimsənilməsidirsə,  akt  əhəmiyyətsizdir;  yenə  açıq -aşkar  səlahiyyətsizliyin  ortada  olduğu

hallarda əhəmiyyətsizlikdən danışmaq lazımdır. Məsələn, polis idarəsinin şəxsin tələbə statusuna

son qoyan aktı əhəmiyyətsizdir, çünki bu səlahiyyət tələbənin oxuduğu qurumun səlahiyyətlərinə

aiddir. İİHQ-nun 65-ci maddəsi bu prinsipi təsdiq edir.

410


Клюшниченко, Колодкин, Коренев, s. 95.



Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   330   331   332   333   334   335   336   337   ...   789




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə