Dərs vəsaiti Bakı 2010 q a f q a z ü n I v e r s I t e s I



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə330/789
tarix12.04.2022
ölçüsü4,02 Mb.
#85384
növüDərs
1   ...   326   327   328   329   330   331   332   333   ...   789
inzibati-huquq

İnzibati hüquq

191

İnzibati ədliyyə  sisteminin  qurulması  hədəflənən Azərbaycanda  bütün

inzibati  hüquqi  aktlar  bir  rejimə  tabe  deyil dir  (olmamalıdır). Çünki İnzibati

orqanların bütün aktları eyni mahiyyətdə olmadıqları üçün, eyni rejimə də tabe

olmur.  Bunlardan  bəziləri,  sadəcə,  “hüquqi  akt”dır,  bəzilərini  isə  “əksik  inzi-

bati akt” kimi səciyyələndirmək daha düzgündür.

398

 Aşağıda bu mövzu təfsilatı



ilə işləni r.

II. İNZİBATİ HÜQUQİ AKT (İNZİBATİ QƏRAR)

Qeyd  etdiyim  kimi,  “inzibati  hüquqi akt”  termini  post-sovet  ölkələrinin

inzibati  hüququnda  “idarəetmə  orqanlarının  hüquqi  aktı” kimi  də adlandırılır.

Lakin,  post-sovet inzibati  hüququnda  idarəetmə  orqanlarının  hüquqi  aktları ,

inzibati  orqanların  xüsusi  hüquq  sahəsindəki  aktlarını  (müqavilə  kimi)  əhatə

etmir. Nəzəri  mənada  inzibati  orqanların  hüquqi  aktlarının  hamısı  inzibati  akt

sayılmasa da, bu növə daxil olmayan aktlar MDB ölkələrinin inzibati idarəetmə

hüququnda  inzibati  müqavilələr  mövzularına  daxil  edilir.  Bunlar  aşağıda  qeyd

olunub. Idarəetmə orqanlarının hüquqi aktları normativ, fərdi və ümumi aktlara

bölünür.


399

İnzibati hüquqi akt, inzibati qərarın



hüquqi

 növü kimi qəbul edilir. İnzibati

aktın meydana gətirdiyi idarəetmə hüquq münasibətinin iki tərəfi var. Bununla

belə  inzibati  akt,  tək  tərəfli  iradə  ifadəsidir. Hüquqi  münasibətin  iki  tərəfi  var

dedikdə,  bunlar  aktı  çıxaran  orqan,  yəni  münasibətin

subyekti,

başqa  tərəfi də

haqqında  akt çıxarılan

obyektdir.

  Lakin  hüquq  aləmində  təsirli  olan  ancaq İO-

nın iradə ifadəsidir.

İnzibati  hüquqi  aktlar  haqqında  tərif  istəsəniz,  belə  bir  tərif  vermək

mümkündür: İnzibati  hüquqi akt – inzibati fəaliyyətinin   gerçəkləşdirilməsi

istiqamtində,  inzibati hüquq  normasını  və  ya  inzibati hüquq  münasibətini

yaratmağa,  dəyişdirməyə  və  ya  xitam  etməyə  yönəlmiş  icra  hakimiyyəti

orqanlarının  və  ya  bələdiyyələrin  (yəni  inzibati  orqanların)   qanuna əsaslanan

birtərəfli hüquqi-əmredici iradə ifadəsidir.

400


Aşağıda inzibati hüquqi akta çeşidli cəhətlərdən baxılır. Biz inzibati hüquqi

aktı  ünsürlərə  bölərək  incələyəcəyik.  Beləliklə  siz  inzibati  aktlar  haqqında

mümkün olduğu qədər təfsilatlı analiz aparma qabliyyətinə mal ik olacaqsınız.

398


“Ə ksik” sözü inzibati aktın bütün xüsusiyyətlərə sahib olmadığını nəzərdə tutur.

399


Normativ aktlar ancaq mücərrəd norma ehtiva edən normativ aktları ifad ә edir. Baxın: Марченко

Михаил,  Мицкевич  Алексей,  Лею  Олег,




Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   326   327   328   329   330   331   332   333   ...   789




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə