Dərs vəsaiti Bakı 2010 q a f q a z ü n I v e r s I t e s I



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə335/789
tarix12.04.2022
ölçüsü4,02 Mb.
#85384
növüDərs
1   ...   331   332   333   334   335   336   337   338   ...   789
inzibati-huquq

Fərhad Mehdiyev

196

yinə  görə, “üsul  və  forma” şərti  ünsür  kimi  çıxış  edir.  Burada  hansı  hallarda

“əhəmiyyətsizlikdən” bəhs etmənin mümkün olduğunu vurğulamaq lazımdır.

İİHQ-nun  65  və  67-ci  maddələrinə  baxdıqda,  ümümi  mənada

prosedur/icraat  və  maddi  hüquq  qaydalarının  pozuntusunun  aktın əhəmiyyət-

sizliyinə  deyil,  qanunsuzluğuna  səbəb  olduğunu  görərik.  Bu  qanunun  gətirdiyi

sistemə görə, qanunsuz olan aktlar ləğv edilənədək mötəbər akt sayılır və hüqu -

qi nəticəyə yol açır. Ləğv edilmə müddətləri isə 67.6 -cı maddədə nəzərdə tutul-

muş  hallar  istisna  olmaqla,  qüvvəyə  mindikləri  andan  1  ildir.  Belə  çıxır  ki,  1

illik müddət ötürülübsə, qanunsuz inzibati akt ləğv oluna bilməyəcək və



de jure

tam qanuni akt statusunu alacaqdır.

Bu  halda  belə  bir  sual  yarana  bilər  ki,  ağır  maddi  hüquq  p ozuntuları  ilə

çıxarılmış inzibati aktların taleyi nə olacaq və ya nə omalıdır? Bir illik müddət

ötürülübsə,  akt  qanuniləşəcəkmi?  Əlbəttə,  maddi  hüquq  normasına  açıq -aşkar

zidd  olan  və  heç  bir şübhəyə  yer  qoymayan  ağır  nöqsanlar  da,  aktı  “əhəmiy -

yətsiz”  edir.

411


  Düzdür,  hər  maddi  hüquq  pozunutusu  və  ya  forma  qüsuru  aktı

tam  etibarsız  edə  bilməz.  Hüquqi  aktın  tərkib  ünsürlərindən  birinin  qanunun

əmredici və ya qadağanedici müddəalarına zidd olması etibarsızlığa deyil, aktın

qanunsuzluğuna  səbəb  olur.

412

  Amma  bu,  inzibati  hüquqi  aktda  “səlahiyyət”,



“forma və üsul” şərtlərini tərkibin ünsürü olmaqdan çıxarmır.

Fərdi  aktlar  baxımından  həmişə  açıq  şəkildə  qarşıya  ünsür  kimi  çıxmayan

“forma  və üsul” qaydası  normativ aktlar baxımından vacib ünsür kimi tәzahür

edir  və Azərbaycanda  bu,  açıq  şəkildə  qanunvericilikdə  nəzərdə  tutulur.  26

Noyabr  1999-cu  il  tarixli  «Normativ  hüquqi  aktlar  haqqında»  Qanunun  22-ci

maddəsi bu cür aktların forma şərtlərini müəyyən edir. Bunların başında aktla -

rın “yazılı” olması şərti gəlir, “tarix” və “imza” kimi şərtlər də nəzərdə tutulur.

Fərdi inzibati  aktlar  baxımındam  da İİHQ-nun  65-ci  maddəsi  bəzi  forma

pozuntularının aktın etibarsızlığına gətirib çıxaracığını bəyan edir. Bunlar:

yazılı inzibati aktı hansı inzibati orqanın qəbul etdiyi məlum olmursa;



qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim

edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən

inzibati akt qəbul edilərsə;

inzibati aktın kimə ünvanlandığı aydın olmursa , qəbul edilmiş akt əh əmiy-



yətsiz sayılır.

411


Tikveş  Özkan,

İdari    Dava  Üzerine  bir  İnceleme,


Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   331   332   333   334   335   336   337   338   ...   789




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə