Dərs vəsaiti Bakı 2010 q a f q a z ü n I v e r s I t e s I



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə339/789
tarix12.04.2022
ölçüsü4,02 Mb.
#85384
növüDərs
1   ...   335   336   337   338   339   340   341   342   ...   789
inzibati-huquq

Fərhad Mehdiyev

200

məhdudlaşdırılır.

429

Sovet inzibati hüququnda  “aktın  ünsürləri” termini tədqiq



edilmədiyinə görə, aktın

səbəbi/əsası

  şərti  üzərində də dayanılmayıb.

430

Lakin


son zamanlarda nəzəriyyədə,  Avropa  hüququnda  olduğu  kimi, aktın hüquqa

uyğunluq  şə rti kimi hüquq baxımından mötəbər bir əsasa  (səbəb və mövzu

ünsürlərinı əhatə edən şəkildə) dayanmasının şərt olduğu irəli sürülür.

431


İİHQ-

nun  61-ci maddəsi də inzibati aktların mütləq əsaslandırılmalı olması  şərtini

nəzərdə tutur.

Məqsəd:

Post-sovet  ölkələrinin inzibati  hüququnda inzibati hüquqi aktın

qəbul edilməsində güdülən məqsədin, yaxud motivin aktın  ünsürü olub-olma-

dığı,  nə pozitiv hüquqda nədə  ki nəzəriyyədə tədqiq edilməyib. Ancaq

qanunvericilik

müxtəlif


tənzimləmələrində

bəzi


inzibati

hüquqi


aktlar

baxımından açıq  şəkildə  “ictimai maraq” və ya  “xidmәt  (icra edilən iş)

mənafeyi tələb etdiyi halda”, “xüsusi ictimai maraq” deyərək səbəbi və məqsədi

göstərib.

432

“Xüsusi  ictimai  maraq”  anlayışına  İPM-də  də  rastlamaq  olar.



Normativ və ya fərdi aktlar baxımından qanunvericilikdə  ümumi qaydaya rast

gəlmək  çətindir. Bununla belə, inzibati hüquqi aktların mütləq ictimai mənafe

üçün qəbul edilməsi məcburiyəti səlahiyyətverici normadan irəli gәlir.

Səlahiyyətverici normada administrativ instansiyaya müəyyən məsələlərdə

qərarvermə və hərəkət etmə səlahiyyəti verilir və bu mövzuların hamısı ya

birbaşa, ya da yekun olaraq ictimai maraqla bağlıdır. Dolayısıyla, administrativ

səlahiyyət ancaq ictimai mənafe  üçün tətbiq oluna bilər. İİHQ-nun  13.2-ci

maddəsi də inzibati orqanlara ictimai maraqların tələb etdiyi hallarda mövcud

inzibati praktikanı dəyişdirmək səlahiyyəti verir. Bu da açıq şəkildə göstərir ki,

ictimai maraq mütləq qaydada inzibati icraatda nəzərə alınmalıdır.

Bununla yanaşı, aktın hüquqa uyğunluğunun yoxlanması  məsələsində,

“məqsəd” meyarının inzibati hüquqi aktın tərkib ünsürü olduğu mübahisəlidir.

Tərkib  ünsürləri aktı ortaya  çıxaran  ünsürlərdir və onların müəyyən

edilməsində  çətinlik olmamalıdır. Onlar  olmadan  da  akt  mövcud  olmamalıdır.

429

Akyılmaz, Sezginer, s. 227.



430

Sovet  İnzibati idarəetmə hüququnda aktın əsas ləğ v etmə səbəbi kimi  “səlahiyyətsizlik” qəbul

olunurdu. Məsələn, administrasiya mövzu baxımından hüquqa zidd akt qəbul etsə, administrasi-

yanın belə aktı qəbul etməyə səlahiyyəti olmadığına görə akt hüquqa zidd sayılmırdı. Baxın:

Клюшниченко, Колодкин, Коренев, c. 95.

431


Бельский, Козлов, Колибаба, c. 276, Козырин, Штатина, Зеленцов , c. 143.

432


Buna dair tənzimləmələr daha  çox ayrı-ayrı aktlar baxımından qəbul edilib, məsələn, daşınmaz

mülkiyyətin məcburi qaydada  özgəninkiləşdirilməsi kimi.  «Bələdiyyələrin statusu haqqında»

Qanunda bələdiyyə aktlarının çoxu üçün “bələdiyyənin və bələdiyyə əhalisinin mənafeyi” səbəb

və məqsədinin gətirildiyini görürük. Lakin Konstitusiya ümumi prinsip nəzərdə tutmur.





Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   335   336   337   338   339   340   341   342   ...   789




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə