1. İctimai idarəetmə üsullarına tabe xidmətlər qarşısında şəxslərin
statusu
İctimai idarəetmə üsullarına görә (ümumi hüquq qaydalarına görə) aparılan
ictimai xidmətlərdə, fərdlərin hüquqi statusu fərqlidir. Bu hüquqi vəziyyət
xidmәti quran və təşkil edən hüquq qaydaları ilə tənzimlənir.
Şəxslərin bu hüquqi vəziyyəti adı çəkilən xidmәtlәrin göstərilməsi üçün
administrasiya ilə fərdlər arasında bağlanan anlaşma vә ya sözləşməyə səbəb
olmur. Bu səbəbdən dә fərdlər namizəd statusundan xid mətdən yararlanlar sta-
tusuna müqavilə ilə keçmirlər.
Fərdlər yenə bu hüquqi vəziyyətin nəticəsi olaraq xidmətdən yararlanmayan
statusunda olduqları halda, bu xidmәtlәrdәn bərabərlik prinsipinə görə yararlan-
mağı tələb edə bilərlər. Eyni zamanda onlar xidm ətdən yararlananlar statusu
əldə etdikdən sonra da xidmәtin nizam-intizamlı şəkildə göstərilməsini admi -
nistrasiyadan tələb edə bilərlər. Fərdlər bu xidmәtlәrdәn yararlanmalarına əngəl
olan inzibati hüquqi aktların hüquqa zidd olduğunu irəli sürərək onların qanun-
suz sayılması və ləğv edilməsi barədə iddia qaldıra bilərlər. Xidmәtlə bağlı
zərər vurulduqda da kompensasiya tələbi ilə administrasiya və məhkəməyə
müraciət edə bilərlər.
Dostları ilə paylaş: |