§ 7. İDARƏETMƏ (İNZİBATİ) FƏALİYYƏTİN
HÜQÜQİ FORMALARI
I. ÜMUMİ QEYDLƏR
Hüquqi formalar dedikdə, inzibati fəaliyyət hansı şəkildə vətəndaşın
qarşısına çıxır – bunu nəzərdə tuturuq. Oxucular üçün qeyd etmək istəyirik ki,
kitabın bu bölməsi terminologiya baxımından ağırdır, oxunması da yüngül
deyildir. Lakin “inzibati akt” institutunun qavranılması üçün, bu cəncəlli
“hüquqi bataqlığı” keçmək məcburiyyətindəsiniz.
İnzibati hüquqi aktlar, inzibati fəaliyyətin yerinә yetirilməsi üçün çıxarılan
ümumi hüquq (public law) əqdləridir. Hüquqi əqdin nə olduğunu bildiyinizi
zənn edərək, onu bir daha izah etmirik. “Əqd” ilə “aktın” eyni şey olmadığını
da diqqətinizə çatdırırıq, amma hadisəyə görə bunlar eyni şey kimi qarşınıza
çıxa bilər. Qanunvericilik funksiyası qanunvericilik aktları ilə, mәhkәmә
funksiyası mәhkәmә qərarları/aktları ilə yerinə yetirildiyi kimi, idarəetmə
fəaliyyəti da inzibati aktlarla icra edilir. İnzibati aktlar da, başqa hakimiyyət
orqanlarının aktları kimi, üstün sәlahiyyәt vә imtiyazlardan istifadə olunaraq
icra edilir.
377
İİHQ inzibati aktları, “inzibati orqanların...hakimiyyət tədbiri”
adlandırır.
Burada oxucuların diqqətini bir xüsusiyyətə daha cəlb etmək istəyirik.
Ölkəmiz-də hakim olan nəzəriyyəyə görə, inzibati hüquqi aktlar institutuna həm
inzibati normativ aktlar, həm də fərdi inzibati aktlar daxil idi. Lakin alman
sisteminə uyğun hazırlanmış «İnzibati icraat haqqında» Qanuna görə, “inzibati
akt” termini ilə ancaq fərdi aktlar nəzərdə tutulur. Deməli, mövcud hüquq
nəzəriyyəmiz inzibati akt institutunu pozitiv hüquqa uyğun formalaşdırmalıdır.
Lakin inzibati akt institutu İnzibati Hüququnun ən geniş sahələrindən birini
təşkil etdiyinə görə, başqa inzibati hüquq institutlarının büt övlüyünün pozul-
maması üçün alman məktəbinin uyğun qurumları mütləq tətbiq edilməlidir.
Buna görə, həm inzibati normativ aktlar, həm də fərdi inzibati aktları ifadə
etmək üçün, sadə və qısaldılmış şəkildə inzibati akt terminindan istifadə etmək
mümkün olmayacaq. Çünki belə bir təsnifat pozitiv hüquqa zidd olacaq. Fransız
və ingilis hüququnda “inzibati akt” həm normativ, həm də fərdi aktları nəzərdə
tutan termindir. Biz isə hər ikisini nəzərdə tutan termin kimi Rusiya hüququnda
olan
«административно-правовой акт»
sözünün tərcüməsi olan “inzibati
hüquqi akt” sözündən istifadə etmək məcburiyyətindəyik. Bu əsərdə bəzə n “in-
377
Bununla bərabər, bunların hüquqi qüvvəsi digər hakimiyyət orqanların aktları kimi deyil.
|