a) İctimai xidmətlərin inzibati orqan tərəfindən təqdim olunması
Bu hallarda xidmət İO-nın vasitələri, avadanlığı, personalı və maliy-
yələşdirilməsi ilə təqdim olunur. Hər cür risk və qazanc İO aid olur.
b) ictimai xidmətlərin xüsusi hüquq şəxsi tərəfindən təqdim
olunması
Bu halda xidmət İO nəzarəti altında, lakin sahibkar tərəfindən icra edilir. İO
inzibati müqavilə ilə xidmətin icrasını sahibkara tapşırır.
c) İctimai xidmətin İO ilə sahibkar tərəfindən bir yerdə təqdim
olunması
İngilis dilində qısa formada PPP olaraq adlandırılan bu icra metodunda,
xidmətin işldədilməsi sahibkarın üzərində olduğu halda, İO buna öz
avadanlığını, personalını və vəsaitini verməklə iştirak edə bilər. Riks İO aid
olur, gəlirin (varsa) necə bölüşdürüləcəyi inzibati müqavilə təyin olunur.
|