Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında



Yüklə 224,62 Kb.

səhifə1/9
tarix29.10.2017
ölçüsü224,62 Kb.
  1   2   3   4   5   6   7   8   9


Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında 

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU 

 

 

I   f ə s i l  



ÜMUMİ MÜDDƏALAR 

 

M a d d ə   1 .  Qanunun təyinatı  



 

Bu Qanun Azərbaycan Respublikasının ərazisində hüquqi şəxslərin dövlət qeydiyyatının 

və dövlət reyestrinin aparılmasının hüquqi və təşkilati əsaslarını müəyyən edir.  

 

M a d d ə   2 .  Əsas anlayışlar  



 

2.0. Bu Qanunda aşağıdakı anlayışlardan istifadə edilir:  

2.0.1.  hüquqi  şəxs  -  Azərbaycan  Respublikasının  Mülki  Məcəlləsi  ilə  bu  cür  müəyyən 

edilmiş qurumdur;  

2.0.2. xarici hüquqi şəxs - Azərbaycan Respublikasının hüdudlarından kənarda yaradılmış 

hüquqi şəxsdir;  

2.0.3. hüquqi şəxs statusu almaq istəyən qurum - hüquqi şəxs kimi dövlət qeydiyyatına 

alınması və dövlət reyestrinə daxil edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada 

Azərbaycan  Respublikasının  müvafiq  icra  hakimiyyəti  orqanına  müraciət  edən  şəxs  və  ya 

şəxslər qrupudur;  

2.0.4.  nümayəndəlik  -  Azərbaycan  Respublikasının  Mülki  Məcəlləsi  ilə  bu  cür  müəyyən 

edilmiş qurumdur;  

2.0.5.  filial  -  Azərbaycan  Respublikasının  Mülki  Məcəlləsi  ilə  bu  cür  müəyyən  edilmiş 

qurumdur;  

2.0.6. təsis sənədləri - hüquqi şəxsin və bu Qanunda göstərilən digər müvafiq qurumların 

yaradılmasının və fəaliyyətinin hüquqi əsaslarını təşkil edən sənədlərdir;  

2.0.7. hüquqi şəxslərin dövlət qeydiyyatı - Azərbaycan Respublikasının ərazisində hüquqi 

şəxs  statusu  almaq  istəyən  qurumların,  habelə  xarici  hüquqi  şəxslərin  Azərbaycan 

Respublikasının  ərazisində  yaratdıqları  nümayəndəlik  və  ya  filialların  hüquq  qabiliyyətinin 

təsdiq  edilməsi,  hüquqi  statusunun  müəyyənləşdirilməsi  və  onlar  barəsində  məlumatların 

(qeydlərin) hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsidir;

1

 

 

2.0.8. hüquqi şəxslərin dövlət reyestri - Azərbaycan Respublikasının ərazisində qeydiyyata 



alınmış  hüquqi  şəxslər,  xarici  hüquqi  şəxslərin  nümayəndəlik  və  ya  filialları,  eləcə  də 

Azərbaycan  Respublikasının  ərazisində  dövlət  qeydiyyatına  alınmış  hüquqi  şəxslərin 

nümayəndəlik və filialları və digər qurumları barəsində məlumatlar (qeydlər) məcmusudur;

2

  



2.0.9.  kommersiya  və  qeyri-kommersiya  hüquqi  şəxsləri  -  Azərbaycan  Respublikasının 

Mülki Məcəlləsi ilə bu cür müəyyən edilmiş qurumlardır; 

2.0.10.  yerli  investisiyalı  məhdud  məsuliyyətli  cəmiyyət  -  Azərbaycan  Respublikasının 

vətəndaşları və (və ya) Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxs 

tərəfindən təsis edilən məhdud məsuliyyətli cəmiyyətdir;

3

 



2.0.11.  yerli  investisiyalı  məhdud  məsuliyyətli  cəmiyyətin  elektron  dövlət  qeydiyyatı  - 

təkmil  sertifikata  malik  gücləndirilmiş  elektron  imza  ilə  təsdiq  edilən  və  müvafiq  icra 

hakimiyyəti  orqanına  elektron  qaydada  təqdim  edilən  ərizə  və  ona  əlavə  edilən  sənədlər 

əsasında yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin dövlət qeydiyyatıdır; 

2.0.12.  yerli  investisiyalı  məhdud  məsuliyyətli  cəmiyyətin  sürətli  elektron  dövlət 

qeydiyyatı  -  hüquqi  ünvanı  yeganə  təsisçisi  kimi  çıxış  edən  fiziki  şəxsin  yaşayış  yeri  üzrə 

qeydiyyat ünvanı ilə eyni olan yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin bu Qanunun 

5-1.3-cü  və  5-1.7-ci  maddələrinə  uyğun  olaraq  real  vaxt  rejimində  aparılan  elektron  dövlət 

qeydiyyatıdır; 

2.0.13. elektron ünvan – bu Qanunun məqsədləri üçün müvafiq icra hakimiyyəti orqanının 

informasiya  sistemində  məlumat  və  sənəd  mübadiləsi  üçün  elektron  dövlət  qeydiyyatına 

alındığı andan hüquqi şəxsə verilən ünvandır.  

 

M a d d ə   3 .   Hüquqi  şəxslərin  dövlət  qeydiyyatı  və  dövlət  reyestri  haqqında 



qanunvericilik  

 

Azərbaycan  Respublikasında  hüquqi  şəxslərin  dövlət  qeydiyyatı  və  dövlət  reyestri 



haqqında  qanunvericilik  Azərbaycan  Respublikasının  Konstitusiyasından,  bu  Qanundan, 

Azərbaycan  Respublikasının  Mülki  Məcəlləsindən,  habelə  Azərbaycan  Respublikasının  digər 

qanunvericilik  aktlarından  və  Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı  beynəlxalq 

müqavilələrdən ibarətdir.  

 

M a d d ə   4 .   Hüquqi  şəxslərin  dövlət  qeydiyyatının  və  dövlət  reyestrinin 



aparılmasının ümumi qaydaları  

 

4.1.  Azərbaycan  Respublikasının  ərazisində  hüquqi  şəxs  statusu  almaq  istəyən  qurum, 



habelə xarici hüquqi şəxsin nümayəndəliyi və ya filialı dövlət qeydiyyatına alınmalı və dövlət 

reyestrinə  daxil  edilməlidir.  Kommersiya  təşkilatları,  habelə  xarici  hüquqi  şəxslərin 

nümayəndəlikləri və ya filialları yalnız dövlət qeydiyyatına alındıqdan sonra fəaliyyət göstərə 

bilərlər.  

4.2.  Azərbaycan  Respublikasında  dövlət  qeydiyyatına  alınmış  hüquqi  şəxslərin 

nümayəndəlik və ya filialları və digər qurumları dövlət reyestrinə daxil edilməlidir.  

4.3.  Hüquqi  şəxs  statusu  almaq  istəyən  qurumların  (yerli  investisiyalı  məhdud 

məsuliyyətli  cəmiyyətin  elektron  dövlət  qeydiyyatı  istisna  olmaqla),  xarici  hüquqi  şəxslərin 

nümayəndəlik  və  ya  filiallarının  dövlət  qeydiyyatına  alınması  üçün  Azərbaycan 

Respublikasının  qanunvericiliyi  ilə  müəyyən  edilmiş  məbləğdə  və  qaydada,  kommersiya  və 

qeyri-kommersiya hüquqi şəxslərinin xüsusiyyətləri nəzərə alınmaqla, dövlət rüsumu tutulur.

4

 

4.4. Dövlət qeydiyyatına alınmış hüquqi şəxslər, xarici hüquqi şəxslərin nümayəndəlik və 



filialları,  habelə  Azərbaycan  Respublikasında  dövlət  qeydiyyatına  alınmış  hüquqi  şəxslərin 

nümayəndəlik  və  filialları  dövlət  reyestrinə  rüsumsuz  daxil  edilir.  Dövlət  reyestrində 

dəyişikliklər rüsumsuz aparılır.  

4.5.  Bu  Qanunla  müəyyən  edilmiş  müddətlər  hesablanarkən  yalnız  iş  günləri  nəzərə 

alınır.

5

 

4.6. Hüquqi şəxs statusu almaq istəyən qurumun, xarici hüquqi şəxsin nümayəndəlik və 



ya  filialının  dövlət  qeydiyyatına  alınması,  habelə  Azərbaycan  Respublikasında  dövlət 

qeydiyyatına  alınmış  hüquqi  şəxsin  nümayəndəliyinin  və  ya  filialının  və  digər  qurumlarının 






Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə