Dərs vəsaiti Bakı 2010 q a f q a z ü n I v e r s I t e s I


§ 7. İDARƏETMƏ (İNZİBATİ) FƏALİYYƏTİN



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə322/789
tarix12.04.2022
ölçüsü4,02 Mb.
#85384
növüDərs
1   ...   318   319   320   321   322   323   324   325   ...   789
inzibati-huquq

§ 7. İDARƏETMƏ (İNZİBATİ) FƏALİYYƏTİN

HÜQÜQİ FORMALARI

I. ÜMUMİ QEYDLƏR

Hüquqi  formalar  dedikdə,  inzibati  fəaliyyət  hansı  şəkildə  vətəndaşın

qarşısına çıxır – bunu nəzərdə tuturuq. Oxucular üçün qeyd etmək istəyirik ki,

kitabın  bu  bölməsi  terminologiya  baxımından  ağırdır,  oxunması  da  yüngül

deyildir.  Lakin  “inzibati  akt”  institutunun  qavranılması  üçün,  bu  cəncəlli

“hüquqi bataqlığı” keçmək məcburiyyətindəsiniz.

İnzibati hüquqi aktlar, inzibati fəaliyyətin  yerinә  yetirilməsi üçün çıxarılan

ümumi  hüquq  (public  law) əqdləridir. Hüquqi əqdin  nə  olduğunu  bildiyinizi

zənn edərək, onu bir daha izah etmirik.  “Əqd” ilə  “aktın” eyni şey olmadığını

da  diqqətinizə  çatdırırıq,  amma  hadisəyə  görə  bunlar  eyni  şey  kimi  qarşınıza

çıxa  bilər. Qanunvericilik  funksiyası  qanunvericilik  aktları  ilə,  mәhkәmә

funksiyası  mәhkәmә  qərarları/aktları  ilə  yerinə  yetirildiyi  kimi, idarəetmə

fəaliyyəti  da  inzibati  aktlarla  icra  edilir.  İnzibati  aktlar  da,  başqa  hakimiyyət

orqanlarının  aktları  kimi,  üstün  sәlahiyyәt  vә  imtiyazlardan  istifadə  olunaraq

icra  edilir.

377


  İİHQ  inzibati  aktları,  “inzibati  orqanların...hakimiyyət  tədbiri”

adlandırır.

Burada  oxucuların  diqqətini  bir  xüsusiyyətə daha cəlb  etmək  istəyirik.

Ölkəmiz-də hakim olan nəzəriyyəyə görə, inzibati hüquqi aktlar institutuna həm

inzibati  normativ  aktlar,  həm  də  fərdi  inzibati  aktlar  daxil  idi.  Lakin  alman

sisteminə uyğun hazırlanmış  «İnzibati icraat haqqında» Qanuna görə, “inzibati

akt”  termini  ilə  ancaq  fərdi  aktlar nəzərdə  tutulur.  Deməli,  mövcud  hüquq

nəzəriyyəmiz inzibati akt institutunu pozitiv hüquqa uyğun formalaşdırmalıdır.

Lakin  inzibati  akt  institutu İnzibati Hüququnun ən  geniş  sahələrindən  birini

təşkil  etdiyinə  görə,  başqa  inzibati  hüquq  institutlarının  büt övlüyünün  pozul-

maması üçün alman məktəbinin uyğun qurumları mütləq tətbiq edilməlidir.

Buna görə, həm inzibati normativ aktlar, həm də fərdi inzibati aktları ifadə

etmək üçün, sadə və qısaldılmış şəkildə inzibati akt terminindan istifadə etmək

mümkün olmayacaq. Çünki belə bir təsnifat pozitiv hüquqa zidd olacaq. Fransız

və ingilis hüququnda “inzibati akt” həm normativ, həm də fərdi aktları nəzərdə

tutan termindir. Biz isə hər ikisini nəzərdə tutan termin kimi Rusiya hüququnda

olan

«административно-правовой  акт»

  sözünün  tərcüməsi  olan  “inzibati

hüquqi akt” sözündən istifadə etmək məcburiyyətindəyik. Bu əsərdə bəzə n “in-

377


Bununla bərabər, bunların hüquqi qüvvəsi digər hakimiyyət orqanların aktları kimi deyil.



Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   318   319   320   321   322   323   324   325   ...   789




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə