Dərs vəsaiti Bakı 2010 q a f q a z ü n I v e r s I t e s I



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə324/789
tarix12.04.2022
ölçüsü4,02 Mb.
#85384
növüDərs
1   ...   320   321   322   323   324   325   326   327   ...   789
inzibati-huquq

Fərhad Mehdiyev

186

metinə daxildir. Lakin inzibati normativ aktlar öz növbəsində inzibati hüququn

əhəmiyyətli  mənbəyini  təşkil  etdiyi  üçün  bunların  hüquqi  rejimini  inzibati

hüquqdan kənar təsəvvür  etmək  mümkün deyil. Yəni inzibati hüquq onu tələb

edir ki, bəzi hallarda inzibati orqanların normativ aktları inzibati hüquq (həm də

ümumi hüquq) qaydalarına görə yoxlansın. Onu da qeyd edək ki, an qlo-sakson

hüquq sistemində inzibati hüquq ilə konstitusiya hüququ bir yerdə tədris olun -

duğuna görə, onlarda normativ aktların hüquqi rejimi baxımından belə bir prob -

lem yaranmır.

Belə olan halda normativ aktların ölkəmiz baxımından inzibati icraatda və

inzibati  orqanların  fəaliyyətində  yeri  barədə  sual  yaranır. Əlbəttə  ki,  normativ

aktlar  inzibati  fəaliyyətin  əhəmiyyətli  vasitələrindən  biridir.  Belə  olan  halda,

bunları  “inzibati  normativ  akt”  adlandırmaq,  fərdi  aktlara  isə  sadəcə  “inzibati

akt” demək də mümkün həll yoludur.

Konstitusiyanın  60-cı  maddəsinin  II-ci  hissəsində  deyilir:  "Hər  kəs  dövlət

orqanlarının... həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslə -

rin  qərar  və  hərəkətlərindən  məhkəməyə şikayət  edə  bilər".  Burada  fərdi  inzi -

bati  aktlarla  normativ  aktlar  arasında  fərq  qoyulmayıb.  Mülki  Prosessual  Mə -

cəllə  isə  aktın  ləğv  edilməsi  vә  kompensasiya  iddiaları  baxımından  müxtəlif

qaydalar müəyyən edib. Ayrıca hər ikisi baxımından məhkəmə qaydasında ləğv

edilməyə  dair  qərarların  təsirində  də  bəzi  fərqlər  vardır.  Fərdi  aktlar  haqqında

məhkəmə qərarları təkcə işin tərəfləri üçün hüquq və vəzifələr yaratdığı halda,

normativ  aktlarla  bağlı  məhkəmələrin  ləğv  etmə  qərarın dan  hər  kəs  faydalana

bilər. Diqqətinizi ona çəkmək isətyirik  ki, Avropanın bir sıra ölkələrində fərdi

aktların hüquqa uyğun olub- olmadığına dair məhkəmə qərarı obyektiv xarakter

daşıyır, yəni normativ akt kimi ondan başqa maraqlı şəxslər də faydalanır; b elə

məhkəmə işləri

actio popularis

mahiyyətindədir.

379

Bu fəsildə Azərbaycanda inzibati orqanların fəaliyyətinə müxtəlif meyarlar



baxımından yanaşılır. Orqanik və maddi mənada idarəetmə, inzibati orqanların

təşkilatlanmasından başlayaraq, idarəetmə fəaliyyət inin reallaşdırma formaları-

nı, tərkibini və təsirini də ortaya qoyur.  Idarəetmə fəaliyyətinin həyata keçiril -

mə formaları deyiləndə isə inzibati orqanların birtərəfli aktları, müqavilələri və

hərəkətləri nəzərdə tutulur.

380


İnzibati hüquqi aktla hüquqi əqd anlayışları arasında hansı münasibət var?

Əslində,


inzibati orqanların aktları

tərcə inzibati aktlardan ibarət deyil. İnzibati

379

Woerling Jean-Marie, Judical Control of the Administration in Europe: Progressive Construction



of a Common Model, Sigma Publications, Strausbourq, 2004, s.1

380


İnzibati orqanların bəzi davranışları inzibati hərəkət şəklində dəyərləndirilməlidir. Administrasi-

yanın müəyyən məsələdə hərəkətsizliyi də ola bilər.





Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   320   321   322   323   324   325   326   327   ...   789




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə