Dərs vəsaiti Bakı 2010 q a f q a z ü n I v e r s I t e s I



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə325/789
tarix12.04.2022
ölçüsü4,02 Mb.
#85384
növüDərs
1   ...   321   322   323   324   325   326   327   328   ...   789
inzibati-huquq

İnzibati hüquq

187

akt  hüquqi əqdin  bir  növüdür  və  onu  dar  mənada  inzibati  hüquqi  akt  edən

xüsusiyyət  də  inzibati  aktdakı  iradənin  müstəqil  deyil, qanunvericiliklə  məh-

dudlaşdırılmış iradə olmasıdır.

381

 Bununla belə, qeyd etməliyik ki, alman hüqu-



quna  görə,  inzibati  akt  hüquqi  əqdin  bir  növü  sayılmır,  hüquqi əqd  sırf  xüsusi

hüquq  sahəsində  qəbul  edilən  və  mülki  qanunvericiliklə  tənzimlənən  münasi-

bətlərdə  ortaya  çıxır.  Ölkəmizdə  hakim  olan  anlayışa  görə,  hüquqi  əqd  sırf

mülki  hüquq  və  öhdəliklərin  yaranmasına  səbəb  olan  iradə  ifadəsiini  nəzərdə

tutur.  İnzibati  akt  mülki  hüquq  və  öhdəliklərin  yaranmasını  nəzərdə  tuta  bilə -

cəyi  kimi  (Mülki  Məcəllənin  14.2.2-ci  maddəsi),  nəzərdə  tutmaya  da  bilər.

Qanunvericilik  baxımından  inzibati  akt  mütləq  qaydada  hüquqi  əqd  deyil,

amma ola bilər.

Inzibati  müqavilələrdə  müqavilənin  imzalanması inzibati akt  deyil, lakin

hüquqi  aktdır  (əqddir). Digər  tərəfdən,  yuxarı  icra hakimiyyəti  orqanlarının

hazırladığı  müxtəlif  “dövlət  proqramları”  bəzən  tövsiyə,  bəzən  məcburi

xarakter  daşıyır.  Lakin  sovet  inzibati  hüququndan qalan  “administrativ-hüquqi

aktlar  (

«администра-тивно-правовой  акт»

)  adlandırılan  aktlar  qrupu  ancaq

inzibati hüquqi aktları əhatə  edir.  Idarəetmə  orqanlarının  mülki  hüquq

sahəsindəki “hüquqi aktları / əqdləri” isə “idarəetmə orqanlarının müqavilələri”

kimi götürülür. Burada biz təkcə inzibati hüquqi aktları deyil, bir qayda olaraq,

inzibati  orqanların  bütün  aktlarını  və  bunların  tabe  olduqları  rejimi  tədqiq

edəcəyik.  Administrativ  fəaliy-yətin  reallaşmasında  idarəetmə  orqanlarının

qəbul  etdiyi  aktların  çoxu  “inzibati  akt”  mahiyyətində  olduğundan,

382

  inzibati



aktlar  daha  çox  təhlil  ediləcək. Digər  tərəfdən,  ümumi  hüququ  maraqlandıran

da əsasən inzibati aktlardır, çünki onlar hakimiyyət səlahiyyətlərinə arxalanır və

fərqli  hüquqi  rejimə  tabedirlər.

383


  İnzibati  hüquqi  aktlar  “dövlət  gücü”nü  ifadə

edir  və  ictimai  xidmətin  icra  vasitəsi,  idarəetmə  orqanlarının sahib  olduğu ən

güclü təsir vasitəsidir.

Sizləri “inzibati hüquqi akt”, yəni inzibati qərarlar mövzusu ilə yormağımın

bir  səbəbi  var.  Belə  ki,  bu  institut, İnzibati  hüququn  vacib  predmetini  təşkil

edir.  Siz  bir  Nazirliyin  çıxardığı  inzibati aktın  hüquqa  uyğunluğunu  yoxlamaq

istəyirsinizsə,  gərək  ki  bu  “yorucu”  inzibati  qərarlar  mövzusuna  yaxşı  aludə

olasınız.

Sovet  inzibati  hüququnda  olan  və  indi  də  MDB  ölkələri  nəzəriyyəsində

təsirini  qoruyan idarəetmə  formalarından  da  danışmaq  lazımdır.  Forma  bir

381

Erkut, Celal,




Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   321   322   323   324   325   326   327   328   ...   789




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə