Dərs vəsaiti Bakı 2010 q a f q a z ü n I v e r s I t e s I


Bazar iqtisadiyyatı, haqsız rəqabət qaydaları və ictimai xidmətlər



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə321/789
tarix12.04.2022
ölçüsü4,02 Mb.
#85384
növüDərs
1   ...   317   318   319   320   321   322   323   324   ...   789
inzibati-huquq

3. Bazar iqtisadiyyatı, haqsız rəqabət qaydaları və ictimai xidmətlər

Xalqa  xidmət  və  insan  hüquqlarına  hörmət  heç şübhəsiz  ki  dövlətin  ali

məqsədləri arasındadır. Bu tezis, Konstitusiyalarda əks olunsa da olunmasa da

mübahisəsiz  olaraq  aksioma  olaraq  qəbul  olunmalıdır.  Bu  səbəblə,  xalqın əsas

və  zəruri  ehtiyaclarının  ağla  batan  və  bu  ehtiyacı  tətmin  edici şəkildə  ödəyən

inzibati fəaliyyət dövlət üçün öhdəlik olaraq görülməlidir. Əlbəttə bu öhdəliyin

həcminin müəyyən edilməsində dövlətin maliyyə resursları və imkanları nəzərə

alınacaq. Lakin bazar iqtisadiyyatının liberallaşması, bazarda haqsız rəqabət və

ayrı-seçkilik qadağası kimi prinsipləri qabardaraq, çatımlı və keyfiyyətli ictimai

xidmətlərin  verilməsində  tənəzzülə  gedilməməlidir.  Əgər  əhalinin  ehtiyacı

bazarın digər aktyorları tərəfindən konkret keyfiyyətdə və çatımlı olaraq təqdim

edilmirsə, dövlət bu ehtiyacları özü qarşılamalıdır.

Haqsız  rəqabət  və  inhisar  qadağaları  hansı  məqsədə  yönəldiyi  unu -

dulmamalıdır.  Bu  prinsiplərin  məqsədi,  təqdim  edilən  mal  və  xidmət lərdə

müxtəlifliyi  təmin  etməklə,  yarışma  nəticəsində  daha  ucuz,  daha  keyfiyyətli,

bol  və  çatımlı  məhsulu  təmin  etməkdir.  Bu  səbəblə  həmin  prinsiplər  irəli

sürülərək  ictimai  xidmətlərin  təminində  çatımlılıq  və  keyfiyyətin  pozulmasına

səbəb olacaq tədbirlərin tətbiq olunmasını tələb etmək yolverilməz sayılmalıdır.




Fərhad Mehdiyev

184


Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   317   318   319   320   321   322   323   324   ...   789




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə