Dərs vəsaiti Bakı 2010 q a f q a z ü n I v e r s I t e s I



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə323/789
tarix12.04.2022
ölçüsü4,02 Mb.
#85384
növüDərs
1   ...   319   320   321   322   323   324   325   326   ...   789
inzibati-huquq

İnzibati hüquq

185

zibati  hüquqi  akt” əvəzinə  “inzibati qərar” və ya  “administrativ  akt”  terminin-

dan istifadə edəcəyik.

378


İnzibati  orqanın  çıxardığı  hər  qərar  inzibati  akt  sayılır  mı?  Sayılmaz.

İnzibati hüquqi akt anlayışı inzibati orqanların çıxardığı hər cür qərarı inzibati

hüquqi akt kimi səciyyələndirməyə imkan vermir.  Başqa sözlə, bunlar inzibati

orqanların bütün fəaliyyətini əhatə etmir və idarəetmə orqanla rının hәr cür aktı

inzibati  hüquqi  akt  deyil.  Administrasiyanın  dövlət  hegemonluğuna əsaslan-

madan, sırf xüsusi hüquq şəxsi kimi (bərabər statuslu hüquqi mü-nasibətlərdə)

tərəf  olduğu əqdlər  (müqavilələr  kimi)  inzibati  hüquqi  akt  sayıl -mır.  Xüsusi

(özəl) hüquqa tabe müqavilələr inzibati akt deyil. Ayrıca inzibati hərəkətlər də,

inzibati  hüquqi  aktların  hüquqi  rejiminə  tabe  deyillər.   Habelə  inzibati  orqan-

ların  orqan-daxili  aktları  da  mövcuddur,  bunlar  da  «xaricə»  yansıyan  hüquqi

nəticə yaratmadıqlarına görə, inzibati hüquqi akt sayılmır.

Digər  tərəfdən,  inzibati  hüquqi  aktlar  yalnız  administrasiya  orqanlarının

aktlarından da ibarət deyil. İnzibati hüquqi aktlar idarəetmə fəaliyyətinin (inzi-

bati  fəaliyyətin)  yerinә  yetirilməsi  ilə  bağlı  çıxarılır  vә  bu  dövlә t  funksiyasını

da  birinci  növbədə  inzibati  orqanlar  yerinә  yetirdiyindən,  bu  aktlar  əsasən  hə-

min orqanların aktlarıdır. Bununla belə, qanunvericilik vә mәhkәmә orqanları-

nın idarəetmə fəaliyyəti mahiyətində olan fәaliyyәtlə bağlı qəbul etdikləri aktlar

da, inzibati akt sayılacaq.

Ümumiyyətlə, inzibati orqanların əqdlərini birtərəfli vә ikitərəfli əqdlər ola -

raq iki kategoriyaya ayırmaq  mümkündür. Birtərəfli əqdlər inzibati hüquqi akt

kimi  meydana çıxır, bunlar maraqlı şəxslərin razılığı olmadan inzibati or qanın

birtərəfli  iradə  ifadəsilə  çıxarılan  aktlardır.  İdarəetmə  orqanlarının əqdlərinin

əksəriyyəti  birtərəfli  aktlardan  ibarətdir. İnzibati  orqanlar  ilə  maraqlı  tərəfin

qarşılıqlı  razılığı  nəticəsində  yaranan inzibati  müqavilələr  iki  tərəfli  inzibati /

administrativ

əqdlərdir

.

Birtərəfli inzibati hüquqi aktlar da fərdi vә normativ aktlar kimi iki kate qo-



riyaya  ayrıla  bilər.  Fərdi  inzibati  aktlar  müәyyәn şəxs,  obyekt  vә  hadisələrlə

bağlı çıxarılan aktlardır. Məsələn, vəzifəyə təyin etmə aktı fərdi aktdır və   mü-

əyyən şəxslə əlaqədardır. Normativ aktlarda isə norma və qaydalar var, bunlar

müəyyən şəxs  vә hadisələrlə bağlı olmayıb ümumi  vә  mücərrəd hüquq qayda -

ları qoyan aktlardır. Nizamnamə, əsasnamə, təlimat buna misal ola bilər. Amma

qeyd  etdiyimiz  kimi,  İİHQ  ölkəmizdə  qəbul  edilmiş  Rusiya  nəzəriyyəsindən

fərqli olaraq, normativ aktları “inzibati akt” institutuna daxil etməyib. Normativ

aktların hüquqa uyğunluq rejimi Almaniyada  «Konstitusiya hüququ»nun pred-

378

Administrativ  akt  termini  Azərbaycan  dili  üçün  yad  olsa  da,  xüsusən  fransızcadaki  “acte



administratif” və ingilis dilindəki “administrative act” anlayışlarına yaxındır.



Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   319   320   321   322   323   324   325   326   ...   789




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə