İnzibati hüquq
191
İnzibati ədliyyə sisteminin qurulması hədəflənən Azərbaycanda bütün
inzibati hüquqi aktlar bir rejimə tabe deyil dir (olmamalıdır). Çünki İnzibati
orqanların bütün aktları eyni mahiyyətdə olmadıqları üçün, eyni rejimə də tabe
olmur. Bunlardan bəziləri, sadəcə, “hüquqi akt”dır, bəzilərini isə “əksik inzi-
bati akt” kimi səciyyələndirmək daha düzgündür.
398
Aşağıda bu mövzu təfsilatı
ilə işləni r.
II. İNZİBATİ HÜQUQİ AKT (İNZİBATİ QƏRAR)
Qeyd etdiyim kimi, “inzibati hüquqi akt” termini post-sovet ölkələrinin
inzibati hüququnda “idarəetmə orqanlarının hüquqi aktı” kimi də adlandırılır.
Lakin, post-sovet inzibati hüququnda idarəetmə orqanlarının hüquqi aktları ,
inzibati orqanların xüsusi hüquq sahəsindəki aktlarını (müqavilə kimi) əhatə
etmir. Nəzəri mənada inzibati orqanların hüquqi aktlarının hamısı inzibati akt
sayılmasa da, bu növə daxil olmayan aktlar MDB ölkələrinin inzibati idarəetmə
hüququnda inzibati müqavilələr mövzularına daxil edilir. Bunlar aşağıda qeyd
olunub. Idarəetmə orqanlarının hüquqi aktları normativ, fərdi və ümumi aktlara
bölünür.
399
İnzibati hüquqi akt, inzibati qərarın
hüquqi
növü kimi qəbul edilir. İnzibati
aktın meydana gətirdiyi idarəetmə hüquq münasibətinin iki tərəfi var. Bununla
belə inzibati akt, tək tərəfli iradə ifadəsidir. Hüquqi münasibətin iki tərəfi var
dedikdə, bunlar aktı çıxaran orqan, yəni münasibətin
subyekti,
başqa tərəfi də
haqqında akt çıxarılan
obyektdir.
Lakin hüquq aləmində təsirli olan ancaq İO-
nın iradə ifadəsidir.
İnzibati hüquqi aktlar haqqında tərif istəsəniz, belə bir tərif vermək
mümkündür: İnzibati hüquqi akt – inzibati fəaliyyətinin gerçəkləşdirilməsi
istiqamtində, inzibati hüquq normasını və ya inzibati hüquq münasibətini
yaratmağa, dəyişdirməyə və ya xitam etməyə yönəlmiş icra hakimiyyəti
orqanlarının və ya bələdiyyələrin (yəni inzibati orqanların) qanuna əsaslanan
birtərəfli hüquqi-əmredici iradə ifadəsidir.
400
Aşağıda inzibati hüquqi akta çeşidli cəhətlərdən baxılır. Biz inzibati hüquqi
aktı ünsürlərə bölərək incələyəcəyik. Beləliklə siz inzibati aktlar haqqında
mümkün olduğu qədər təfsilatlı analiz aparma qabliyyətinə mal ik olacaqsınız.
398
“Ə ksik” sözü inzibati aktın bütün xüsusiyyətlərə sahib olmadığını nəzərdə tutur.
399
Normativ aktlar ancaq mücərrəd norma ehtiva edən normativ aktları ifad ә edir. Baxın: Марченко
Михаил, Мицкевич Алексей, Лею Олег,
Dostları ilə paylaş: |