Dərs vəsaiti Bakı 2010 q a f q a z ü n I v e r s I t e s I



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə338/789
tarix12.04.2022
ölçüsü4,02 Mb.
#85384
növüDərs
1   ...   334   335   336   337   338   339   340   341   ...   789
inzibati-huquq

İdare hukuku, II Cild,

Turhan Kitabevi, Ankara, 1999, s.394.

419

Osten, s. 45.



420

Abdullayev,



Fransanın...,

s. 179.


421

Бахрах Д.Н.



Aадминистративное право России

, «Норма», Москва, 2002, с. 296.

422

Алехин, Кармолюкий, Козлов, с. 256, Бельский, Козлов, Колибаба, с. 279. Türk hüququnda



Erkut da bu fikirdədir. Baxın: Erkut, s.153.


İnzibati hüquq

199

Əhəmiyyətsiz olan inzibati qərarların isə mötəbər hüquqi nəticələrə yol açması

qəbul edilməməlidir.

423


Rusiya hüquq nəzəriyyəsində artıq bu istiqamətdə fikir-

lərə rast gəlmək mümkündür.

424

Bu da onu göstərir ki, “əhəmiyyətsizlik” termini



düzgün anlaşılmayıb və izah edilməyib.

Əksinə, ölkəmizdə  nəzəriyyədə olan bir fikrə görə, açıq-aşkar hüquqa zidd

olan aktlar  “yararsız” sayılmalı, heç bir hüquqi nəticəyə yol açmamalı,  çıxarıl-

dığı tarixdən etibarən puç sayılmalı, icra edilməməlidir.

425

Məsələn, açıq-aşkar



səlahiyyəti aşmaqla qəbul edilmiş qərarlar buna misal ola bilər.

İİHQ-ni bir kənara qoysaq, pozitiv hüquqda  “əhəmiyyətsiz” terminindən

ancaq Mülki Məcəllədə uydurma əqdlərlə bağlı istifadə edilir. Mülki Məcəllənin

337.3-cü maddəsinə görə,  əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız

sayılıb-sayılmamasından asılı olmayaraq mahıyyətcə etibarsız olan əqddir.

426


İİHQ-yə gəldikdə isə  65-ci maddədəki tənzimləmədən aydın olur ki, buradaki

əhəmiyyətsizliklə etibarsızlıq eyni mənada işlənir. Mülki Məcəllədə etibarsız-

lığın müxtəlif növləri var və bunların hüquqi rejimləri də fərqlidir. Əfsuslar

olsun ki, ölkəmizdə hüquq elmində “etibarsızlıq” termininin vahid mənası yox-

dur, yəni mülki hüquqda və inzibati idarəetmə hüququnda  “etibarsızlıq” müx-

təlif mənalarda işlədilir.

Beləliklə, Azərbaycanda pozitiv hüququn “əhəmiyyətsiz“ terminini qəbul et-

diyini və sanksiyaya bağladığını görürük.  Çox ağır nöqsanlarla  çıxarılmış

inzibati hüquqi aktların da əhəmiyyətsiz sayılması və hüquqi nəticələrə səbəb ol-

mamasının zəruriliyi bu şəkildə pozitiv əsasını tapır.



Səbəb  (əsas) :

Inzibati hüquqi aktda  “səlahiyyətli iradə”  ünsürünə sıx bağlı

olan başqa faktor da aktın qəbul edilmə səbəbidir. Bu da qanunçuluq prinsipinin

tələbidir. Administrasiyaya verilmiş hər səlahiyyətin istifadəsi bir səbəbə

əsaslanmalıdır.

427


  İnzibati akt

mütləq

bir səbəbə  əsaslanmaq məcburiyyətində

olsa da, bəzən qanunvericilik aktın səbəbini göstərmir.

428


Lakin bu səbəb

göstərilməsə belə, yenə də var, ancaq səbəbin müəyyən edilməsi idarəetmə

orqanlarının mülahizəsinə buraxılır (diskresion  səlahiyyət) və ictimai maraqla

423


İİHQ-nun  65-ci maddəsi də əhəmiyyətsiz inzibati aktların heç bir nəticəyə yol açmadığını qeyd

edir.


424

Бахрах, с. 296, Козырин, Штатина, Зеленцов, с. 145.

425

Abdullayev,



İnzibati hüquq,

s. 199.


426

Rus pozitiv hüququnda  “ə həmiyyətsiz” termini yoxdur. Azərbaycan  2000-ci ildə alman mülki

qanunvericiliyini mənimsəyərək mülki hüququn bəzi sahələrində köhnə Rus hüququndan xeyli

uzaqlaşdı. Ancaq yeni qәbul edilmiş qanunun bəzi fəsilləri (məsələn, “Ümumi müddəalar”) tam

bir uyğunsuzluqdan qaçmaq məqsədi ilə Rusiya Mülki Məcəlləsindən alınıb.

427


Gözübüyük, Tan,

II Cild,

s. 472.


428

Akyılmaz, Sezginer, s.55, s. 225.





Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   334   335   336   337   338   339   340   341   ...   789




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə