Dərs vəsaiti Bakı 2010 q a f q a z ü n I v e r s I t e s I



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə340/789
tarix12.04.2022
ölçüsü4,02 Mb.
#85384
növüDərs
1   ...   336   337   338   339   340   341   342   343   ...   789
inzibati-huquq

İnzibati hüquq

201

Tərkib  ünsürü olmayan yerdə İA da yoxdur.

433

Aktın etibarsız sayılması  üçün



iddia qaldırmağa da ehtiyac yoxdur.

434


Məsələ  burdadır  ki,  adı  çəkilən

“məqsəd” meyarı aktda açıq-aşkar görsənmir,  onu  müəyyən  etmək  də  bəzən

çətin olur. Onun olduğu, bir qayda olaraq qəbul edilir və əksinin iddia edilməsi

də sübut olunmalıdır. Buna  görə,  məqsəd baxımından hüquqa zidd qərarın

əhəmiyyətsiz sayılmayacağını irəli sürənlər də var.

435


Ayrıca bağlı səlahiyyət

olduğu halda, akt həqiqətdə ictimai mənafedən kənar məqsəd  üçün çıxarılsa

belə, məqsəd baxımından aktı etibarsız sayma/ləğv etmə imkanı yoxdur.

436


Digər tərəfdən, inzibati hüquqi aktların ləğvi əsasən müəyyən müddətlə

məhdudlaşdırılır. Məsələn  ölkəmizin hüququnda inzibati  şikayətin müddəti  30

gün nəzərdə tutulub ki, əslində bu, az müddətdir.  İddia müddəti keçdikdə akt

“məqsəd” baxımından hüquqa zidd olsa da, hüquqa uyğun olacaq. Ancaq

əhəmiyyətsiz olan aktda belə vəziyyət yaranmır.  “İctimai marağa yönəlik

məqsədin”  ünsür olmadığını dəstəkləyən başqa fikrə görə, məsələn, ingilis və

amerikan hüququnda inzibati aktların məhkəmə nəzarətində məqsəddən meyar

kimi istifadə edilmir.

437

Mülki Prosessual Məcəlləmizin 26-cı və 27-ci fəsli də



inzibati aktların məhkəmə nəzarətində “aktın məqsədi” meyarına yer vermir.

Bu halda Azərbaycanda inzibati hüquqi aktın ictimai mənafedən kənar

məqsədlə qəbul edilməsi aktı hüquqa zidd hala gətirəcəkmi və onun məhkəmə

qaydasında ləğv edilməsinə yol aça bilərmi? AR Ali Məhkəməsi  14 Fevral

2003-cü il tarixli 2 sayılı Plenum qərarında daşınmaz əmlakın məcburi özgənin-

kiləşdirilməsi aktlarının ancaq ictimai mənafe üçün qəbul edilə biləcəyini, özəl

inşaat  şirkətləri lehinə  (mənzil tikintisi  üçün) məhkəmə qaydasında məcburi

özgəninkiləşmənin yolverilməz olduğunu bildirib. Bu, açıq  şəkildə  “məqsəd”

şərtinin məhkəmə nəzarətinə tabe olduğunu göstərir. Bu o deməkdir ki, inzibati

hüquqi aktın ictimai mənafe və ya xidmәt mənafeyindən kənar məqsədə yönəlik

olması onun hüquqiliyinə zərər vurur. Azərbaycan qanunvericiliyi  “ictimai

marağa/mənafeyə yönəlik məqsədi” açıq şəkildə ancaq bəzi aktlar baxımından

nəzərdə tutsa da, bu şərt inzibati hüquqi aktın

“sine qua non”

 şərtini tәşkil edir.

Digər tərəfdən,  “məqsəd”  ünsüründəki hüquqa ziddiyyət də,  “xüsusi ictimai

mənafeyin” axtarıldığı hallarda

438

aktın əhəmiyyətsizliyinə səbəb ola bilər.



439

433


Oğuzman Kemal,


Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   336   337   338   339   340   341   342   343   ...   789




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə