Dərs vəsaiti Bakı 2010 q a f q a z ü n I v e r s I t e s I



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə348/789
tarix12.04.2022
ölçüsü4,02 Mb.
#85384
növüDərs
1   ...   344   345   346   347   348   349   350   351   ...   789
inzibati-huquq

İnzibati hüquq

207

qanunda  nəzərdə  tutulmadığı  halda  inzibati  orqan  qaydaq oyma  fəaliyyətini  nə

vaxt  həyata  keçirə  bilər?  Qanun  müddəaları  qeyri  müəyyən  və  mübahisəli  ol -

duqda inzibati orqanın qanunu şərh edən normativ akt qəbul edə biləməsi fikri

irəli  sürülür.

464


  Amerikan  hüququnda  hakim  olan  bu  fikir,  Avropa  hüququnda

qəbul  olunmur;  bununla  belə  Avropada  da,  belə  hallarda  inzibati  orqanın

tənzimləmə işinə giriştiyinin şahidi olmaq mümkündür.

Normativ aktların aşağıdakı özəlliklərini göstərmək olar:

1)

Normativ  aktlar  qanun  normalarını  daha  da  dəqiqləşdirir.  «Məsələn,  me -



marlıq fəaliyyəti haqqında» 13 İyun 1998-ci il tarixli Qanunun müddəaları,

Nazirlər  Kabinetinin  165  saylı  15  Oktyabr  1999 -cu  il  tarixli  «Memarlıq

üzrə  müsabiqələrin  keçirilməsi  qaydaları  haqqında Əsasnamə»  ilə  daha

ətraflı tənzimlənir.

2)

Şəxslərin  və  ictimai  birliklərin  konstitusion  statusunun  reallaşma  mexa-



nizmi (təhsil, vicdan azaldığı, işsizliklə mübarizə və s.) tənzimlənir. Məsə -

lən, Nazirlər Kabinetinin 24 Sentyabr 1999 -cu il tarixli 155 saylı qərarı ilə

müəyyən  olunmuşdu  ki,  qazanc  məqsədi  güdməyən  ictimai  birliklər  qrant

aldıqda bunu mütləq Nazirlər Kabinetinə bildirməliydi.

465

3)

İyerarxiya  zəncirində  yer  alan  aşağı  administrativ  vahidlərin  təşkilati  və



hüquqi  statusları  müəyyən  olunur.  Məsələn,  Ticarət  Nazirinin  24  Noyabr

1999-cu il tarixli əmri ilə təsdiq edilmiş  Az ərbaycan Respublikası Ticarət

Nazirliyinin  rayonlarda  və şəhərlərdə  ticarət  və  xidm әt  şöbəsi  haqqında

Əsasnamə»si şöbələrə  hüquqi şəxs  statusu  tanıyır  və  bu  statusu  müəyyən

edir. Bunlar əsasən  Ticarət  Nazirliyinın  yerlərdəki  funksiyasını  icra

edirdilər.

466

4)

Dövlət  idarəsində  davranış  qaydalarını  müəyyən  edir;



467

  bunlar  öhdəlik,

məhdudlaşdırma  və  səlahiyyət şəklində  də  ola  bilər.  Məsələn,  Nazirlər

Kabinetinin 24 Sentyabr 1999-cu il tarixli 151 saylı “Azərbaycan Respub-

likası  satınalmalar  üzrə  dövlət  Agentliyi  haq qında”  Qərarı  ilə  adı  çəkilən

Agentliyə  bəzi  səlahiyyətlər -  tender  pozuntusu  hallarında  tenderin  ləğv

edilməsini  tələb  etmək,  xarici  dövlətlərin  uyğun  instansiyaları  ilə  münasi-

bətlərə daxil olmaq, tenderləri icra etmək kimi səlahiyyətlər verilib.

464

Funk, Shapiro, Weaver, s. 147.



465

Müvafiq qayda hal-hazırda dəyişdirilib.

466

Bu səlahiyyətlər rəqabət bazarının təmin edilməsi, ticarət və xidmәt qaydalarına əməl edilməsinə



nəzarət və sanksiya tətbiq etmə səlahiyyətləri, istehsal olunan və satılan mallar ın və xidmətlərin

standart  və  keyfiyyətinin  yoxlanması,  istehlakçı  hüquqlarının  qorunması  kimi  səlahiyyətlərdi.

Lakin  Ticarət  Nazirliyi  artıq  ləğv  edilib.  Daha  doğrusu  başqa  nazirliyin  tərkib  hissəsinə  aid

edilmişdir.

467

Афанасьев, Герасимов, Гойман., c. 144





Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   344   345   346   347   348   349   350   351   ...   789




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə