Dərs vəsaiti Bakı 2010 q a f q a z ü n I v e r s I t e s I



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə350/789
tarix12.04.2022
ölçüsü4,02 Mb.
#85384
növüDərs
1   ...   346   347   348   349   350   351   352   353   ...   789
inzibati-huquq

İnzibati Hüquq,

s.193.



İnzibati hüquq

209

2.12.2-ci bəndi), vəkillə necə görüşəcəyi  (Təlimatın  2.50-ci bəndi), yanında

saxlaya biləcəyi əş yalar, axtarış kimi məcburiyyət tədbirləri (Təlimatın 2.55-ci

bəndi), tutulma müddəti ərzində hüquq və vəzifələri (daxili İntizam Qaydaların

3-cü Fəsli), ifadə alma zamanı tətbiq olunan qaydalar kimi əhəmiy-yətli cinayət

prosesi qaydaları qoyur.

Tətbiq edildiyi coğrafi sahə baxımından da bütün  ölkə  ərazisində tətbiq

olunan normativ aktlarla yanaşı  (əsasən dövlət başçısının fərmanları, Nazirlər

Kabinetinin qərarları və mərkəzi icra hakimiyyəti orqanlarının  “əsasnamə” və

“əmr”ləri buna misaldır), yerli icra hakimiyyətlərinin, bələdiyyələrin və başqa

regional inzibati qurumların normativ aktları da var və bunlar ancaq müəyyən

regionda tətbiq edilir.

472

Mərkəzi icra hakimiyyəti orqanları da ancaq müəyyən



regionda tətbiq edilmək üçün normativ akt qəbul edə bilər. AR Prezidentinin 22

İyun  1997-ci il tarixli,  “Azərbaycan Respublikasınin bəzi rayonlarında mey-

dana gələn təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması haqqında” Sərən-

camı buna misaldır.

473

Tətbiq edildiyi şəxslər baxımından hamı üçün məcburi normalar qəbul edilə



bəcəyi kimi, müəyyən qrupa aid normativ aktlar də verilə bilər.

Ayrıca qurumdaxili normalar yaradan normativ aktlarla yanaşı, qurumlar-

arası təsiri olan normativ aktlar da çıxarıla bilər. Qurumlararası təsirli normativ

aktları əsasən dövlət başçısı və ya Nazirlər Kabineti qəbul edir, yaxud da

əlaqədar administrativ orqanlarla razılaşmaqla çıxarılır. Məsələn, 6 Mart 2000-

ci il tarixli «Şəhər və rayon icra hakimiyyətlərində sənədlərlə iş qaydaları haq-

qında Təlimat» normativ akt olmaqla bərabər, tam qurumdaxili sənəddir. Digər

tərəfdən, 29 Dekabr 1998-ci il tarixli «İcra hakimiyyəti orqanlarında vətəndaş-

ların təklif, ərizə və şikayətləri üzrə qeydiyyat, arxivləmə və icra Qaydaları»nın

qurumlararası  özəlliyi var. Bu tənzimləmə vətəndaşlara bəzi hüquqlar verdiyi

kimi, ərizənin səhv  ünvanlanması  üzrə  əlaqədar administrasiv instansiyanın

vəzifələrini də müəyyən edir; instansiya ərizəni aidiyyət üzrə administrasiyaya

göndərməli, müraciətə baxan instansiya nәticә barədə lazımi qurumlara xəbər

verməlidir. Bu sənəd qurumlararası sənəddir.

Rusiyada federal əhəmiyyətli bütün inzibati normativ aktları Ədliyyə Nazir-

liyi yoxlayaraq təsdiqləməlidir. Azərbaycanda normativ aktlar Ədliyyə Nazirli-

yində təsdiq edilməli olmasa da, onlar nazirirlikdə “qeydiyyat”dan keçməlidir.

Lakin bu  “qeydiyyat” aktı, əslində, həm hüquqi, həm də texniki nəzarətdir.

Dövlət başçısının 21 Oktyabr 2000-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «AR

472


Baxрах, с. 293.

473


Konstitusiyaya görə, fərdi statuslar təsis etmə məqsədini güdən sərəncam tipli qərarların bəzi

hallarda ümumi qaydalar ehtiva etdiyinə də rast gəlmək olar.





Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   346   347   348   349   350   351   352   353   ...   789




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə