Dərs vəsaiti Bakı 2010 q a f q a z ü n I v e r s I t e s I



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə347/789
tarix12.04.2022
ölçüsü4,02 Mb.
#85384
növüDərs
1   ...   343   344   345   346   347   348   349   350   ...   789
inzibati-huquq

Fərhad Mehdiyev

206

Avropada  inzibati  normativ  aktların  taleyi  bəzi  suallar  doğurur.  Fransız

məktəbi bunları inzibati hüququn və inzibati prosessin əhatə dairəsinə daxil et -

diyi halda, alman hüquq məktəbində bunlar inzibati hüquqdan kənara çıxır. Belə

bir  sual  yaranır  ki,  hansı  tendensiya  düzgündür?  İnzibati  normativ  aktlar

Konstitusiya hüququnun predmetinə daxil edilərsə, alman  məktəbinin təsiri ilə

bu institut, ümumiyyətlə inkişafdan qalacaqdır. Çünki Konstitusiya hüququ bu

institutu dərindən öyrənmir və öyrənməsi də mümkün deyil.

İnzibati  prosess  qaydalarının ən  güclü  inkişaf  etdiyi  dövlət  ABŞ -dır  və

Avropa bu sahədə təəssüf ki, xeyli geridədir. Bu geriləmə məhz inzibati norma-

tiv aktlar sahəsindədir. ABŞ Ali Məhkəməsinin

Administrative Procedure Act

ın

553  və  başqa  maddələrinə  verdiyi şərhlərlə  t anış  olsaq,  ABŞ-ın  bu  sahədə  nə



qədər irəlilədiyini görmək olar. İnzibati normativ aktlar da ABŞ -da, əlbəttə ki,

inzibati hüququn əsas institutlarından biri olaraq qalır.

Normativ aktın mahiyyəti və inzibati orqanların fəaliyyətində yeri məsələsi

də maraqlı sahədir. Normativ akt qəbul etmə səlahiyyəti inzibati orqana nə vaxt

verilir?  Hansı  hallarda  inzibati  orqan  qayda  qoyma  fəaliyyətinə  ehtiyac  hiss

edir?  Hansı  hallarda  ictimai  maraq  inzibati  orqanın  normativ  tənzimləməsini

(qaydaqoyma)  tələb  edir?

461


  Bu  cür  suallar  hüquqi  ixtilaflarda  yarana  bilər  və

onların cavablandırılması zəruridir.

Normativ  aktların

pozitiv  hüquqda

  nəzərdə  tutulmuş  başqa   növü  normativ

xarakterli  aktlardır.  Nəzəriyyə  belə  təsnifatı  tanımır  və  Azərbaycan  hüququna

bu,  Rusiya  hüququndan  daxil  olub.  Onları  normativ  hüquqi  aktlardan  ayıran

orqanik ünsürdür. «Normativ hüquqi aktlar haqqında» Qanuna görə, bunlar yerli

icra hakimiyyətlərinin aktları, Konstitusiya Məhkəməsinin şərh xarakterli qərar -

ları, Mərkəzi Seçki Komissiyasının, Milli Telivi ziya və Radio Şurasının qərar -

larıdır.


462

 Pozitiv hüquqda normativ aktlar üçün belə “tip”in qəbul edilməsinin

praktik  baxımdan  nəticəsi  və  səbəbi  bəlli  deyil.  Birincisi,  normativ  xarakterli

aktlar  də  normativ  hüquqi  aktlar  kimi  adı  çəkilən  qanuna  tabedir. Digər  tərəf-

dən,  Konstitusiya  məhkəməsi  icraatı  qaydasında mərkəzi  icra  hakimiyyəti

orqanlarının qərarları istisna olmaqla, bütün normativ aktlar məhkəmədə Mülki

Prosessual Məcəllənin eyni fəslinin müddəalarına əsasən baxılır.

463


İnzibati normativ aktlar təsis etmə səlahiyyəti inzibati orqana nə vaxt veri-

lir? Qanunçuluq prinsipi bu məsələdə necə tətbiq olunur? Qanunla inzibati or-

qana uyğun qaydaqoyma səlahiyyəti tanınıbsa, heç bir problem yaranmır. Lakin

461


Funk, Shapiro, Weaver, s. 321

462


Qanunla bunların sayı artırıla bilər.

463


Burada Dövlət Başçısının və Nazirlər Kabinetinin, nazirliklərin normativ aktları istisna təş kil

edir.




Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   343   344   345   346   347   348   349   350   ...   789




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə