Dərs vəsaiti Bakı 2010 q a f q a z ü n I v e r s I t e s I



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə349/789
tarix12.04.2022
ölçüsü4,02 Mb.
#85384
növüDərs
1   ...   345   346   347   348   349   350   351   352   ...   789
inzibati-huquq

Fərhad Mehdiyev

208

5)

İdarə olunanlara aid davranış normaları müəyyən edilir.



468

Bunlar daha çox

müəyyən məhdudlaşdırmalar, qadağalar,  öhdəliklər kimi müəyyən edilir.

Məsələn, gömrükdən mal keçirmələrə dair məhdudlaşdırmaların bəziləri

Nazirlər Kabinetinin və ya Dövlət Gömrük Komitəsinin qəbul etdiyi nor-

mativ aktlarla həyata keçirilir. Dövlət Gömrük Komitəsi sədrinin 28 avqust

2001-ci il tarixli əmri ilə təsdiq edilmiş  «Fiziki  şəxslər tərəfindən  ölkəyə

gətirilən və istehsal, yaxud ticarət məqsədi güdməyən malların gömrük

sərhədlərindən sadə və imtiyazlı  üsulla keçirilməsinə dair Təlimat»da

gömrük bəyannaməsi doldurulması tələb olunmayan və gömrük vergisinə

tabe olmayan mallar və onların miqdarı müə yyən edilir.

6)

Normativ aktlarla müxtəlif ekonomik və sosial proqramlar həyata keçirilir.



Məsələn, Prezidentin 10 avqust 2000-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş

«Dövlət Ə mlakının  2-ci  özəlləşdirmə Programı» kimi proqramlar buna

örnəkdir.

7)

İnzibati hüquq münasibətlərinin prosessual tənzimləməsi həyata keçirilir.



Məsələn,  24 avqust  2002-ci il tarixli  «Normativ aktların qəbul edilməsi

haqqında Əsasnamə» normativ aktların qəbul edilməsində hansı prosedur

qaydalarına əməl edilməsinin tələb olduğunu müəyyənləşdirir.

8)

Başqa inzibati normativ aktların həyata keçirilməsi  üçün normativ mexa-



nizm və vasitələr nəzərdə tutur.

469


İnzibati idarəetmə hüququnun əsas mənbəyini təşkil edən normativ aktlar

470


dar əhatəli  (sırf inzibati hüquqa və ya mülki hüquqa aid) ola biləcəyi kimi,

geniş əhatəli də ola bilәr və bir normativ aktda müxtəlif hüquq sahələrinə aid

ümumi qaydaların olması mümkündür. Məsələn, bir təlimatla həm torpaq

hüququ, həm mülki hüquq, həm də inzibati hüquqa aid normalar müəyyən edilə

bilər. Nəzəriyyədə konstitusiya, cinayət hüququ və cinayət prosesinə aid

məsələlər  üzrə inzibati normativ aktların  çıxarıla bilməməsi fikri var  (güya

bunun üçün formal qanun tələb olunmalıdır),

471


lakin praktikada cinayət prosesi

sahəsində normativ aktların  çıxarılması halları var. Məsələn, Daxili  İşlәr

Nazirliyinın  22.01.2001-ci il tarixli iki normativ aktı –  «Polis orqanlarının

nəzarət


təcridxanasında

saxlanılan  şəxslərin

qorunması

müşahidəsi



qaydalarına dair Təlimat» və «Polis orqanlarının nəzarət təcridxana-sında daxili

intizam Qaydaları» idarəetmə orqanlarının daxili fəaliyyətinə dair qaydalar

müəyyən etməklə bərabər, tutulmuş  şə xslərin bir-biri ilə danışması  (Təlimatın

468


Козырин, Штатина, Зеленцов, c. 130.

469


Бельский, Козлов, Колибаба , c. 271.

470


Akıllıoğlu, s.11.

471


Abdullayev,


Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   345   346   347   348   349   350   351   352   ...   789




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə